12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

O BOYDA ÇÖRÇİLL...

Narahat olmayın, okeanın o tayındakı demokratik hadisələrdən-filan dəm vurmayacam. Bilirəm, məşhur filmdəki “o boyda Çörçill bundan geyinir...”lə başlanan sitatı görəndə adamda dərhal bu tip paralellər aparma ehtiyacı yaranır. Ay seçkilər belə gəldi, vay insan azadlıqları elə getdi, qoymayın, ingilislər filan hüquqları uğrunda küçələrə töküldü... Yeri yoxdu artıq, anladıq. Amma yazacağım yeni xəbər həqiqətən şokdu və özü də bu boyda Yer kürəsində ən çox biz azərbaycanlıların marağına səbəb ola bilər.

Deməli, Amerikada yeni dəb yaranıb - alver etməmək. Yəni özünə, uşağına, evinə yeni nələrsə almamaq. Hətta nəinki almamaq, əlindəki əşyalardan da qurtulub həyatı sadələşdirmək. Təsəvvür edirsiniz, dünya iqtisadiyyatının nəbzini tutan, modanın qəlbini döyündürən bu ölkədə insanlar pullarını mağazalarda su kimi xərcləməmək qərarı veriblər. Əvəzində isə həyatlarını rəngləndirmək üçün fərqli yeniliklər edirlər. Məsələn, ayaqqabı yerinə oyun dəsti, bahalı bir çanta əvəzinə idman salonuna üzvlük, maşın yerinə səyahət, dodaq boyası əvəzinə kino bileti alırlar özlərinə. Deyilənə görə, bu halda daha xoşbəxt olurmuşlar.
Fikir verin, nəyi nəyə tərcih edir amerikanlar. Sırf mənəvi cəhətdən rahat olsunlar deyə yeni yaşam fəlsəfəsi yaradıblar. Üstəlik, görüblər ki, yeni nəsə almaqla xoşbəxt olmurlar, başlayıblar əllərindəkiləri də satmağa. Maşını satıb velosiped alan kim, 4 otaqlı evini kirayə mənzilə dəyişən kim... Bunun adını dəlilik qoyanlar ola bilər, amma adamlar pullarını bahalı əşyalar əvəzinə yoqa dərslərinə, səyahətə, tətilə xərcləməyə üstünlük verir. Şkaflar dolusu pal-paltarını fəqir-füqəraya paylayanlar da onun kimi. İnternetdən oxudum - bəzi ailələr 40 kvadratmetr sahəsi olan evdə yemək üçün cəmi 4 boşqab, 4 stəkandan istifadə edir, işə də velosipedlə gedib-gəlirlər və bundan məmnundular. Hətta bir internet saytı daha da uzağa gedib. Amerika insanını cəmi 100 şəxsi əşya ilə yaşamağa dəvət edib. Geyimdən tutmuş kosmetikaya, kitab-dəftərə qədər bütün əşyaların toplam sayı 100-dən artıq olmamalıdır. Ev daha geniş, həyatsa daha sadə...
Psixoloqlar isə bu durumu belə izah edir ki, pulla satın aldığı əşyalar insana xoşbəxtlik gətirmir. Məsələn, illərlə tər töküb özünə ev alan insan belə bir neçə il sonra bu evdən bezir. Halbuki səyahətlər, kulinariya kursları, pikniklər, teatr... fərqli təcrübələr olduğundan həyatı zənginləşdirir, insanın məmnunluq hissini artırırmış.
Materialı oxuduqca ağlıma gəldi ki, Azərbaycan insanını öldürsən də bu təcrübəni həyata keçirməz. Nəəə, “çeşka”dan vaz keçmək? Yox bir, qarderobdakı cici-bicili paltarları xeyriyyə fondlarına bağışlamaq? Ərinə nə yolla olursa olsun brilyant dəstlər, xəz şubalar aldıran qadınlar ordusu, bunu görüb evdə qırğın qoparan qonşular, rəfiqələr batalyonu... Biz ki, qoca qafqazlı igid ərlərik. Qonşunun toyuğu hər zaman gözümüzə qaz kimi görünər. Özümüzçün yox, ətraf üçün yaşamağı həyat devizinə çevirmişik. Bir neçə il dalbadal eyni markalı maşın sürən qohumum var, onu dəyişdirə bilmədiyi üçün yalan olmasın, hər söhbətdə Allaha üsyan edir. “Allah bunu niyə götürür” - deyə. Zarafatsız-filansız.
Şəhərdə, şəhərin kənarında bir-birinin acığına ucaldılan villalara fikir vermisiniz, nadir hallarda işıqları yanır, o da ki, ən yaxşı halda 40 otaqdan birində. Bəs o birilər? Adamın ən uzağı 4 oğlu olsun, bütün külfəti, gəlin-nəvəni də bura əlavə etsən, 10 otaq gen-bol bəsləridir. Amma göz doymur axı. Tibdə belə xəstəlik var - doyumsuzluq. Heç nədən doymamaq - yeməkdən, puldan, geyimdən. Hər şeyin gözə az görünməsi. Həyatını daha dəbdəbəli, “həsən(lər)i çartladacaq qədər əzəmətli villa” ucaltmağa həsr elə, bəs sonra?
Hərdən Azərbaycan evlərinə baxanda adamın ağlamağı tutur. Analar qızlarına dəst-dəst qablar, servislər, yorğan-döşəklər, mebelləri cehiz qoşur. İndi bacarırsan bapbalaca evdə nəfəs al da, tərpənməyə yer də qalmır. Halbuki o servislər ildə bir-iki dəfə adam arasına çıxsa, böyük işdi. Uşaqlarının kiçilmiş paltarlarını yığıb uşaq evinə aparan çoxmu ailə var ətrafınızda? Bəs öz əlavə geyimlərini qocalar evinə aparan? Qarışqa kimi yığdıqca yığmaq, yedikcə yemək, geydikcə geymək... “Atma, lazım olar”. Amma bir soruşan yoxdu ki, kimə, nəyə və nə zaman lazım olar bu zalım.
Ona görə deyirəm, o boyda çörçillər artıq bundan geyinmirlər, yemirlər, içmirlər. Sizsə hələ fikirləşirsiniz...

934 dəfə baxılıb

[06.02.2012] - XƏNCƏRLİ ƏMİ...

[05.02.2012] - QAR DƏRSLƏRİ...

[30.01.2012] - SONYA HƏSRƏTİNDƏ OLANLAR

[23.01.2012] - ÜSTÜ LONDON, ALTI KİTAY AÇMASIE YENİ TAKSİ

[22.01.2012] - ÖLKƏNİN PAROLU KİMDƏDİR?

[16.01.2012] - ƏNDAZƏNİ AŞMADAN

[15.01.2012] - CİN BEYNİNƏ VURANDA...

[13.01.2012] - GƏLMƏLİYDİ, GƏLMƏDİ...

[09.01.2012] - YENİ SİMA AXTARAQ?

[07.01.2012] - ÇAY KƏNARINDAKI DAXMADA...

[26.12.2011] - ÇÖRƏK YOXDU, TORT YEYİN...

[25.12.2011] - “FRANSIZ QALANLAR” SİNFİ...

[23.12.2011] - ZİBİL YEŞİYİNDƏ EŞƏLƏNƏNLƏR...

[19.12.2011] - SUŞİNİ NECƏ BİŞİRMƏLİ?

[18.12.2011] - SƏNİ DAHA YAXŞI YEYƏ BİLMƏK ÜÇÜN...

[12.12.2011] - ARXA SOKAKLARDA... NƏLƏR OLUR?

[11.12.2011] - KAYUNUN ANASI VƏ BİZ...

[05.12.2011] - ASLAN OĞLUM... DAN GÖYƏRMİŞ ÜZƏ

[04.12.2011] - DÜŞÜN, BİLETİNİZİ HÖKUMƏT ALIB

[28.11.2011] - ÜÇ MUŞKETYORU TAPIN...

[27.11.2011] - BİZİM YALTAQ, QORXAQ, MÜTİ... EL MƏSƏLLƏRİ

[25.11.2011] - BU YAZINI OXUMAYIN!

[21.11.2011] - ÜSTÜ BƏZƏK, ALTI... BAKI

[14.11.2011] - SUS, SUSMADIQCA SIRA SƏNƏ GƏLƏCƏK

[13.11.2011] - BİZİM MİLLİ MİSTİKA...

[31.10.2011] - SƏNİN BİLDİYİN İNGİLİS DİLİ

[24.10.2011] - REPİMİZ DƏ YALTAQDIR

[23.10.2011] - EFİR QANLI, SÜJET CANLI...

[17.10.2011] - BİR SÜRÜ SİFARİŞÇİ

[16.10.2011] - BİLLUR KİMİ BİR ÜRƏK...

[10.10.2011] - İÇMƏMİŞ SƏRXOŞ OLANLAR

[09.10.2011] - HAMI ÇƏKİR... AMMA NƏYİ?

[03.10.2011] - TOPUĞA DƏYƏN DAŞLAR...

[02.10.2011] - LƏNƏTƏ GƏLƏSƏN, TOM...

[26.09.2011] - QATİLƏ “BALET” EDƏK

[25.09.2011] - BİR PAÇKA ƏMƏKDAR...

[19.09.2011] - MİSİR MƏRDANOV HARALIDIR?

[18.09.2011] - HAMI – EYFEL QÜLLƏSİNƏ?

[11.09.2011] - TOMLA CERRİNİN MİLLİLƏŞMƏKLİYİ

[05.09.2011] - “MUTSUZLAR” ÖLKƏSİ

[04.09.2011] - DAHA DENƏN PARAŞÜTÜ VERMİRƏM DƏ...

[29.08.2011] - QAN DONDURMUR, AMMA QANSIZLIQDIR...

[28.08.2011] - ORDA BİR KİTAB VAR UZAQDA...

[15.08.2011] - BELƏ AXTARACAQSANSA... HEÇ AXTARMA

[08.08.2011] - BİZƏ BİR SAMANTA GƏRƏK...

[07.08.2011] - QABAQDA GEDƏN ZƏNCİRLİ

[01.08.2011] - MÜDİR KİMİ MƏHBUS

[31.07.2011] - ÖLMƏ, QƏZƏNFƏR ƏMİ...

[25.07.2011] - AŞAĞI TƏPƏDƏN BƏD XƏBƏR

[24.07.2011] - BƏYƏM ƏHMƏD ADAM DEYİL?

[18.07.2011] - MƏRHUMƏ ÜÇÜN LAP ÇƏTİNDİR

[17.07.2011] - ADI LAZIM DEYİL, BAŞ HƏRFİ SƏN...

[11.07.2011] - XEYRİYYƏÇİDİR, İŞİN OLMASIN...

[10.07.2011] - SƏN O QƏŞƏNG QIZIN CANI...

[04.07.2011] - MƏNİM ATAM SƏNİN ATANI DÖYƏR...

[03.07.2011] - NAĞILVARİ SÖHBƏT...

[26.06.2011] - ƏCNƏBİ GÖYDƏ BOŞANMIŞ GƏZİR...

[22.06.2011] - LONDONDA DA “TAKSAVATLIQ” EDİRLƏR?

[06.06.2011] - UZUN, İNCƏ, MƏSRƏFLİ BİR YOLDAYAM...

[05.06.2011] - FATMAGÜLÜN SUÇU NƏ?

[30.05.2011] - 50 FAİZ HARA GETDİ?

[23.05.2011] - BİR “PORS” BAKI KABABI

[22.05.2011] - “MUMU”nu KİM YAZIB?

[16.05.2011] - MÜSABİQƏ XƏTRİNƏ AZADLIQ

[15.05.2011] - MƏKTUB OLMASA, BİR DƏ...

[09.05.2011] - SAĞLIĞINDA TERRORÇU, ÖLƏNDƏ BADAM GÖZLÜ

[08.05.2011] - MAKİYAJLI GÖZƏL...

[02.05.2011] - KƏRPİCKƏSƏN SAĞ OLSAYDI...

[01.05.2011] - BU DA BELƏ KRALLIQ

[25.04.2011] - “AĞLADIM E...”

[24.04.2011] - BİZİM “TRUMAN ŞOU”...

[18.04.2011] - “SÜRÜCÜ”dən KİMƏ ŞİKAYƏT EDƏK?

[17.04.2011] - HƏR ÖLKƏYƏ BİR SİYAVUŞ... BƏS EDƏR

[11.04.2011] - ƏVVƏL YUMURTA OLUB, SONRA... BU HƏNGAMƏ

[10.04.2011] - ƏN BAHALI MULTFİLM

[04.04.2011] - SÜZMƏYİ KİMDƏN ÖYRƏNDİN?

[03.04.2011] - BİR QRUP MÜŞAHİDƏÇİ

[14.03.2011] - PİVƏ VƏ VERMİŞEL...

[13.03.2011] - MULTFİLM KİMİ...

[09.03.2011] - KLARA SETKİNDƏN SONRA...

[07.03.2011] - UŞAQLAR VAR, SERİAL YOXDUR...

[28.02.2011] - HAMI ONU OXUYUR...

[27.02.2011] - DEKANIN BORC DƏFTƏRİ

[21.02.2011] - NAZİRLƏR DİZİ İZLƏYİRMİŞ...

[18.02.2011] - İNTELLEKTUAL SÜRÜCÜLƏR ƏSRİ

[14.02.2011] - AVROLU “EUROVİSİON”...

[07.02.2011] - ÇİRKİN RÜŞVƏTXORLAR DİYARI

[06.02.2011] - QIRMIZI SÖHBƏT

[31.01.2011] - HEPİMİZ QRİPİZ

[25.01.2011] - YUXUNDA... GÖRƏRSƏN

[23.01.2011] - “ALO”nun ANASI AĞLAR QALIB...

[17.01.2011] - GÖRÜNƏN KƏNDƏ... TURİST LAZIM DEYİL

[16.01.2011] - “TOY OLSUN” ƏVƏZİNƏ “GƏL BOŞANAQ”

[10.01.2011] - DÖZMÜŞÜK, DÖZÜRÜK, DÖZƏCƏYİK

[09.01.2011] - ARVADIN YAXŞISI...

[07.01.2011] - NƏVƏ NƏNƏDƏN, NƏNƏ BABADAN, BƏS BABA?

[05.01.2011] - AY SİZİ.... DOVŞAN YESİN

[30.12.2010] - ƏN BÖYÜK KƏŞF - AZƏRBAYCANDA...

[27.12.2010] - ... MƏN BU CAHANA SIĞMAZAM?

[26.12.2010] - “BU NƏ PLOVDU, YAĞ GƏTİR...”

[22.12.2010] - FOTO... ELXANIN İDİ

[20.12.2010] - ULDUZ “SEZON”u

[19.12.2010] - SABUN BİŞİRMƏYƏNLƏRƏ...

[17.12.2010] - SİNOPTİKLƏR XƏBƏR VERİR...

[16.12.2010] - İT HÜRƏN TƏRƏF...

[29.11.2010] - GEDİN, GEDİN, QAZIYA DEYİN...

[28.11.2010] - OKU BAKAYIM - A-YI!

[22.11.2010] - DİLİN CAN İNCİDƏNDİ...

[19.11.2010] - ŞOK, ŞOK, ŞOK...

[15.11.2010] - İYLƏ, QIZIM, MƏTANƏT GÜLÜDÜR

[08.11.2010] - BU DA BELƏ BİR GÜN

[07.11.2010] - ƏVVƏLİ HIRILDAMALI... SEÇKİ

[04.11.2010] - NƏ PROBLEM VAR?

[01.11.2010] - UŞAQLAR ÖLMƏSİN

[31.10.2010] - GƏLİN VAXTI SAXLAYAQ...

[29.10.2010] - PARÇALI BULUDLU

[25.10.2010] - BİZ OLMAYAN YERLƏR

[24.10.2010] - AVANQARD YAP, AVANQARD SEÇKİ

[21.10.2010] - GƏLİN, BAŞIMIZI SAXLAYAQ

[18.10.2010] - ƏMİ, ONU DA APAR...

[17.10.2010] - CİB TELEFONU KİMİ SEÇKİ

[14.10.2010] - ANA BƏTNİNDƏ GİROV

[11.10.2010] - DİQQƏT - EFİRDƏ AĞSAQQAL VAR!

[10.10.2010] - TUTU DAHA TOPU TUTMUR

[07.10.2010] - ÖZ QƏBİRQAZANIMIZ VAR...

[04.10.2010] - MAĞARI YIĞIŞDIRMAYIN!

[03.10.2010] - ÖLÜNÜN QIDIĞI GƏLƏNDƏ...

[30.09.2010] - ACAM, ACSAN, ACDIR...

[27.09.2010] - BİZ SİZƏ DEMİŞDİK...

[26.09.2010] - OVCUNUZUN İÇİ BƏRKDİR?

[23.09.2010] - ARABASI VAR, AMMA RUHU YOX

[20.09.2010] - SEÇKİ DEYİL, BALDI, BAL...

[19.09.2010] - ŞAR İSTƏYİRƏM, ŞAR!

[16.09.2010] - DƏRSƏ GEDƏN BİR BAKI...

[06.09.2010] - BƏS MƏNİM BİR ABBASIM...?

[04.09.2010] - MƏCNUN OLMASAYDI...

[30.08.2010] - HƏFTƏBECƏR

[29.08.2010] - HİNDLİ OLAQ... BİR GÜNLÜK

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008