İnsanlara hürriyət, millətlərə istiqlal!

85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atıldı - VİDEO

661 28.04.2024 19:11 Hadisə A A

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub.

Musavat.com xəbər verir ki, Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar.

Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığını iddia edib:

“İki oğlum və yoldaşım rəhmətə gedib. İlham sonbeşikdir, Qarabağda döyüşlərdə iştirak edib. Bu gün səhər məni döydü, kürəyimi mətbəxin qapısına vurdu. Qulağımı cırdı, yumruqla başıma vurdu”.

Daha ətraflı vidematerialda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR