İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb

367 27.04.2024 08:03 Dünya A A

ABŞ-nin Arizona-Nyu Meksiko ştatlarının sərhədi yaxınlığında benzin və propan daşıyan yük qatarı relsdən çıxıb. Hadisə nəticəsində 6 vaqon yanıb.

Bu barədə "Associated Press" xəbər yayıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Hakimiyyət orqanları iki ərazi arasında əsas yük marşrutu olan insident bölgəsində magistral yolu bağlamaq qərarına gəlib. Yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.\\report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR