İnsanlara hürriyət, millətlərə istiqlal!

Amanpur Vardanyanın oğlunu CNN-ə çıxardı FOTO

2293 25.04.2024 09:27 Gündəm A A

Dünya çapında qlobal TV-lərdən ən məşhuru olan CNN Azərbaycana veriliş həsr edib.

Musavat.com xəbər verir ki, bu kanalın tanınmış aparıcısı Kristian Amanpur Qarabağdakı separarçıların keçmiş lideri, hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanın oğlu David Vardanyanı efirə çıxardıb.  O, atasının saxlanma şəraiti və başqa məsələlərlə bağlı tənqidi yöndə danışıb. 

Kristian Amanpur

Hazırda Bakı həbsxanasında saxlanılan və müharibə canisi kimi mühakimə altında olan  Vardanyanla bağlı son günlər ciddi fəallıq müşahidə olunmaqdadır. 5 milyard dollar həcmində sərvətinin olduğu bildirilən Vardanyanın ailəsi və paralel olaraq erməni lobbisi separatçı liderlə bağlı informasiya və siyasət məkanlarında "fırtına" qoparmaqdadırlar. Gah onun Nobel mükafatına təqdim olunması xəbəri yayılır, gah da günlərdir aclıq aksiyası keçirdiyi ilə bağlı şübhəli məlumatlar yayılır. İndi isə kiçik bir bölgənjn separatçısının oğlunu CNN kimi nəhəng televiziyaya çıxardıb, danışdırırlar. Avropada Qarabağdan da miqyaslı separatçılıq ocağı, Vardanyandan da qat-qat tanınan separatçı liderlər var. Həbsxanalarda mühakimə edilınlər də yox deyil. Lakin onlar qalırkən, hətta separatçı və qondarma "artsax"ın əsas lideri Araik Arutyunyan dururkən birdən - birə Vardanyan amili niyə diqqət mərkəzinə gətirilir?

WhatsApp Image 2024-04-25 at 09.51.07 (1).jpeg (19 KB)

Kerles Puçdemon

Məsələn, İspaniyadakı  katalon separarçı hərəkatının lideri Karles Puçdemonu götürək.  Kataloniyanın İspaniyadan ayrılması cəhdlərinə, mübarizəsinə görə rəsmi Madrid onun 300 tərəfdarını hələ də həbsdə saxlayır. Puçdemon özü isə həbsdən yayınaraq, Belçikaya qaçıb, oradan siyasi sığınacaq alıb. Düz 7 ildir təqib altında qalan 7 milyonluq bir xalqın lideri, onun həbsxanalarda çürüyən 300 silahdaşı qallb qıraqda, 40 minlik sintetik bir toplumun separatçı lideri dünya çapında müdafiə kampaniyası təşkil olunur. Bu nə ədalət, bu nə standart, bu nə yanaşma? 

David Vardanyan

Musavat.com-a görə burada əsas miqyas simaların ölçüsü deyil, paranın - pulun ölçüsüdür. Görünən budur ki, Vardanyanın milyardları işləməyə başlayıb. Ailəsi onu mühakimədən qurtarmaq üçün milyonlar xərcləyir. Lakin onun bütün mal varlığı törətdiyi cinayətlərə görə cəzadan yayınmağa yetməz. Bakı türməsini milyardlarla "yarmaq" mümkünsüzdür.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR