İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ankarada Şuşa mədəniyyət günləri”nin açılış mərasimi keçirilib FOTO

689 14.11.2023 12:23 Mədəniyyət A A

TÜRKSOY-un baş ofisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Ankarada Şuşa mədəniyyət günləri” tədbirinin açılış mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla bərabər, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov və digər rəsmilər iştirak ediblər.

Qarabağın incisi olan tarixi Şuşa üçün çox mühüm əhəmiyyət kəsb edən tədbirdə çıxışı zamanı Aydın Kərimov 2023-cü il ərzində Şuşa şəhərinin Türk xalqlarının mədəniyyətini, zəngin tarixini əks etdirən bir çox tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Tədbirdə şuşalı rəssamların Şuşanın tarixini, özünəməxsus təbiətini, gözəlliyini özündə əks etdirən rəsm əsərləri nümayiş olundu, muğam ifaçılarının ifasında Qarabağımıza həsr olunmuş zəngin musiqilər səsləndirilib.

ACİL 6.jpg (8.39 MB)

ACİL 5.jpg (6.93 MB)

 

ACİL 4.jpg (6.93 MB)

ACİL 2.jpg (7.81 MB)

 

ACİL 1.jpeg (285 KB)ACİL.jpeg (308 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR