İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ukrayna ilə bağlı “sülh forumuna” qatılsa... - Elxan Şahinoğlunun şərhi

543 02.05.2024 14:00 Siyasət A A

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk xarici işlər naziri Ceyhun Bayramov görüşdə deyib ki, Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb. Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans iyunda Berlində baş tutacaq”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Ukraynanın bərpasına dair iyunda keçiriləcək “sülh forumuna” qatılması doğru qərardır:

elxansahinoglu (1).jpg (43 KB)

“Dövlətlər arasında dəstək qarşılıqlıdır. Misal üçün prezident İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini Bakıda noyabr ayında keçiriləcək iqlim dəyişikliyi ilə bağlı COP-29 konfransına dəvət edib. Zelenskinin bu tədbirə qatılacağını zənn edirəm. Bu Zelenski üçün növbəti tribuna ola bilər. Eyni zamanda Ukrayna da Azərbaycanın “sülh forumuna” qatılmasını istəyib və Bakıdan müsbət cavab alıb. Azərbaycanın Ukrayna ilə bağlı tədbirə qatılması Rusiya ilə münasibətlərə xələl gətirməz. Birincisi, Azərbaycan istənilən məsələ ilə bağlı qərar verməkdə sərbəstdir, qərar verərkən Kremlə boylanmalı deyilik. Rusiyanın Azərbaycana təzyiq alətləri qalmayıb, separatizmə son qoymuşuq, Rusiya hərbi kontingenti ərazimizi tərk etmək üzrədir. Rusiyanın Ukrayna müharibəsi fonunda dost və tərəfdaş itirdiyi dövrdə Azərbaycanla tərəfdaşlığı davam etdirməsinə ehtiyacı var. Buna görə də Azərbaycanın Ukrayna ilə bağlı “sülh forumuna” qatılacağına görə Kreml ölkəmizlə əməkdaşlıqdan imtina etməyəcək”.

Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan “sülh forumunda” iştirak etsə də, toplantıda ölkəmizə aid mövzuların müzakirəsində iştirak edəcək:

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə humanitar yardımı davam etdirəcək. Bu Kiyev üçün kifayətdir. Elə Bakıda Ceyhun Bayramovla görüşən Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk da Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək mövzuları dəqiq sıralayıb. Bu enerji təhlükəsizliyi və ərazilərin minalardan təmizlənməsidir. Bu Azərbaycan üçün də əhəmiyyətli mövzulardır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR