İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qohum evliliyi QADAĞAN edilə bilər

1369 12.03.2024 12:16 Sosial A A

"Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər".

Musavat.com xəbər verir ki,  bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: 

"Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Uzun illərdir maarifləndirmə, izahedici işlər aparılır. Hətta nikah zamanı tibbi müayinədən keçmə də müsbət addım idi. Amma bütün bu işlərə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".

Prezident Administrasiyasının (PA) Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov isə çıxışında qeyd edib ki, qanun qadağan etsə də, yaxın qohumlar arasında evliliklər hələ də baş verir:

"Burada iki təzad var. Birinci, fərdlərin azad seçimi, ikinci məsələ isə dövlətin sağlam cəmiyyət qurmaq siyasətidir. Qohum nikahlarının əsas fəsadı doğulan uşaqların irsi, genetik xəstəliklərdən əziyyət çəkməsidir. Bu məsələdə qanunun tələblərini hamımız qəbul edirik".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR