İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Trampı necə müdafiə edək?

2473 17.04.2024 15:43 Yazarlar A A

Azərbaycanda son prezident seçkisində Qərbdən hakimiyyətə ən çox qınaq “bərabər olmayan seçki mühiti...”idi; Trampa yaşatdıqları həmin ittihamın Anadolu türkləri demiş, “ta kəndisi”, yəni eynisidir...

ABŞ tarixində keçmiş prezidentinin ilk dəfə mühakiməsi 77 yaşlı Donald Trampın “qismətiymiş”. Trampa qarşı dörd cinayət işi üzrə ittiham irəli sürülüb, lakin üçü məhkəmə bataqlığında “ilişib”, hazırda sabiq prezidentin məşhur porno aktrisa Stormi Danielsə sataşmağı araşdırılır.  Trampa qarşı ittiham primitiv kişi-qadın münasibətlərindən ibarətdir. Tramp arvadı Melonini 2006-cı ildə pornoulduzla guya aldatdığına, 2016-cı ildəki prezident seçkisi kampaniyasında isə susması üçün vəkili vasitəsilə 130 min dollar verdiyinə görə ittiham olunur. Tramp porno aktrisa ilə hər hansı əlaqəsini qəti şəkildə inkar edir.

Без названия.jpg (6 KB)

Belə hadisələr adətən, “sabun operaları” adlanan dizlərdə (seriallarda) olardı, indi isə ABŞ-ın sabiq prezidenti və 2024 seçkisində prezidentliyə namizəd belə melodrama hekayəsi ilə üz-üzə qalıb. Çərşənbə və həftə sonları istisna olmaqla, dörd gün Trampın məhkəməsi olacaq, proses bir ay yarım ərzində yekunlaşmalıdır, amma bu müddət uzana da bilər.

Tramp və tərəfdarları məhkəməni “cadugər ovu” və “seçkilərə müdaxilə” adlandırırlar. Tramp indi təşviqat mitinqlərində, xüsusən də tərəfdarlarının toplaşdığı böyük izdihamın qarşısında çıxış etmək əvəzinə zamanın bu cür məhkəmə proseslərində iştiraka sərf etməlidir.

acedc2cb5ad4ebc49590b6cfb28d3041.jpg (169 KB)

Azərbaycanda fevraldakı növbədənkənar  prezident seçkisində Qərbdən hakimiyyətinə ən çox edilən qınaq yada düşür: “Bərabər olmayan seçki mühiti...” Trampa hakimiyyətdəki Demokrat Partiyasının hakimlərinin, prokurorlarının yaşatdıqları həmin ittihamın Anadolu türkləri demiş, “ta kəndisi”, yəni eynisidir...Amma AŞ PA, Avropa Birliyi nədənsə susur, ABŞ Dövlət Departamenti bu boyda haqsızlığa reaksiya vermir... Tam ciddi deyirəm, Trampa qarşı edilənlər o boyda böyük qanunsuzluq və özbaşınalıqdır ki, Amerika ədalətinin tərəzisinə sığmır. Üstəlik, bütün bunlar prezidentliyə namizədin başına gətirilirsə, buna əlbəttə ki, etiraz etmək lazımdır. Ağ Evə yaxın medianın Tramp haqda qarayaxma kampaniyası da davam edir, onun haqda çox pis məqalələr yazırlar.

Ağ Ev kabinetlərində “qadın olayı” ABŞ-a yad deyil, sabiq prezident Bill Klinton da belə bir aqibətlə üzləşmişdi. Avropada da Fransa prezidentliyinə namizədin başına belə olay gəlmişdi. Dominik Stross-Kan Beynəlxalq Valyuta Fondunun rəhbəri, həm də Fransada prezident seçkisində ən şanslı namizəd idi.  2011-ci ilin yazında Dominik Strauss-Kan Nyu-York hava limanında “Sofitel” otelinin qaradərili xidmətçisinə qarşı seksual zorakılığa görə həbs edildi. Fransanın Sosialist Partiyası bu qalmaqaldan sonra onun prezidentliyə namizədliyini ləğv etdi. İndi Makronun oturduğu Yelisey Sarayı bu qara piar kampaniyasının tam mərkəzində olduğu heç kimdə şübhə doğurmadı...

b5369baf987482a82ea51b15a522c931.jpg (498 KB)

Məhkəmənin seçkiöncəsi nə qərar verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Amerikanın “dərin dövləti” Trampa qarşı indi deyil, prezident olandan mübarizə aparır. Onun seçkidə Hillari Klintona qalib gəlməsi Baydenin qələbəsi kimi olmuşdu. Seçici səsi çox olan yox, yerli nümayəndələrin verdiyi səs prezidentlik yarışının taleyini müəyyən etmişdi. Trampın 4 illik prezidenti həm də o ittihamla keçdi ki, seçkilərə “Rusiya hakerlərinin müdaxiləsi olub, Putinin adamıdır və sairə...” Onu “ABŞ dünyada üstünə vəzifəsi olmayan işlərə müdaxilə etməyəcək” bəyanatı bitirdi. Amerika “dərin dövləti”nin kəndirini kəsmək qərarı idi bu... ABŞ okeanın o tayında oturub öz problemləri ilə məşğul olacaqsa, o zaman Amerika kimə gücünü göstərəcək, kimə sözünü keçirəcək? Trampın yerinə gələn Bayden dərhal bu siyasətə düzəliş etdi, “Amerika hər yerdə var” dedi, saxta erməni soyqırımı qərarı ilə başladı, sonra Ukrayna, indi Yaxım Şərq, İsrail, İran... 

Yəni Trampın “qələmini” Amerika imperialist düşüncəsinə zidd olan siyasətinə görə qırıblar. Qarşıdan gələn noyabr seçkisində də  prezident olmasına imkan vermək istəmirlər. Baydenin isə yenidən namizəd olması belə lətifədir. Prezident kimi qalacaqsa, ABŞ uduzacaq, həm də təkcə Ukrayna müharibəsini deyil...    

Nazim SABİROĞLU,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR