İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Musabəyovdan YENİ AÇIQLAMA: "Vecimə də deyil..."

2345 30.04.2024 14:38 Son xəbər A A

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov İctimai Televiziyanın efirində Başkəndin heç bir strateji əhəmiyyət kəsb etmədiyini bildirib, 1929-cu ildə bizdən əsassız olaraq alınan kəndin “mübadilə edilməli” olduğunu deyib. Deputatın bu açıqlaması birmənalı qarşılanmayıb və tənqidlərə məruz qalıb.

Musavat.com xəbər verir ki, deputat, politoloq Rasim Musabəyov özünün Feysbuk səhifəsində məsələ ilə bağlı açıqlama yayıb.

O iddia edib ki, kimlərsə “stəkanda fırtına” yaratmağa çalışır:

"Bir qrup az tanınan saytlar Birinci Qarabağ müharibəsi zamanı qoşunlarımız tərəfindən tutulan Gədəbəy rayonunun Başkənd kəndinin Ermənistana verilməsi təklifini mənə aid edərək “stəkanda fırtına” məlumatı yaydılar. Deyirlər ki, İctimai Televiziyanın bazar günü proqramına şərhimdə Başkəndin strateji əhəmiyyət kəsb etmədiyini deməklə ölkəmizin mənafeyinə xələl gətirmişəm.

Əslində isə dedim ki, Ermənistanın nəzarətində qalan dörd Azərbaycan anklavı ərazi baxımından keçmiş Ermənistanın Başkənd anklavı ilə müqayisə olunsa da, Kərkidən İrəvanı İranla birləşdirən yol, Yuxarı Əskiparadan isə Ermənistanı Gürcüstanla birləşdirən əsas magistral keçir. Kəndlərimizin strateji əhəmiyyəti danılmazdır, Başkənd yalnız rayon yollarının kəsişməsində yerləşir".

Deputat yazıb ki, işğal olunmuş Azərbaycan anklavları keçmiş Ermənistan anklavı Başkənddən daha qiymətlidir:

"Bu hal gələcək Ermənistan-Azərbaycan danışıqlarında mütləq şəkildə eksklav kəndlərinin taleyi həll edilərkən nəzərə alınmalıdır və Başkəndin Ermənistana verilməsindən söhbət getmədi. Mən sadəcə olaraq vurğuladım ki, Azərbaycanın eksklavlarla bağlı danışıqlarda mövqeyi Ermənistanın mövqeyindən güclüdür. Ancaq bəziləri üçün həqiqətdən uzaq olsa belə, diqqəti cəlb edən başlıq daha vacibdir”.

Onu da qeyd edək ki, deputat redaktor.az saytına açıqlamasında deyib ki, kim istəyir, necə istəyir yozsun: "Əşşi, gedib yozsunlar da, mənim 74 yaşım var. Mənim heç vecimə də deyil, o saytlar nə yazır".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR