İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden İsrailə xəbərdarlıq ETDİ

816 09.05.2024 03:32 Dünya A A

İsrail hərbçiləri Qəzzanın cənubundakı Rəfah şəhərində əməliyyata başlayarsa, ABŞ İsrailə silah tədarükünə son qoyacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden CNN-ə müsahibəsində söyləyib.

“Açıq şəkildə bildirdim ki, əgər onlar Rəfaha girsələr – ki hələ Rəfaha girməyiblər – əgər Rəfaha girsələr, silah tədarük etməyəcəyəm”, – o deyib.

Hava hücumundan müdafiə kontekstində danışan dövlət başçısı “Dəmir qübbə” baxımından İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəklərini vurğulasa da, silah və artilleriya mərmisi verməyəcəklərini diqqətə çatdırıb.

Bununla belə, Baydenin fikrincə, İsrail sözügedən münaqişədə qırmızı xətti keçməyib və Rəfahda əməliyyata başlamayıb.

Xatırladaq ki, mayın 5-də “Axios” ABŞ-nin İsrailə sursat tədarükünü dayandırdığını iddia etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR