İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - VİDEO

1135 01.05.2024 19:37 Gündəm A A

Əməkdar artist Bəhram Bağırzadə yenidən paylaşımı ilə gündəmə gəlib.

Musavat.com olay-a istinadən bildirir ki, sənətçi Heydər Əliyev Sarayının qarşısında yaranan növbənin videosunu çəkərək instaqramda izləyiciləri ilə bölüşüb.

Aktyorun paylaşıma "şəhər mədəniyyəti" yazması, izləyicilərin hiddətinə səbəb olub.

"Almaniyada və sairə belə bir söhbət edən yoxdur (şəhər-rayon), çünki orada sizin kimi mənasız söhbət edən "mədəniyyət xadimləri" yoxdur", "Buna növbə mədəniyyəti deyirlər", "Tarixə baxın görün rayonlardan nə qədər yüksək mədəniyyətli, intellektli, elmimizi, mədəniyyətimizi, incəsənətimizi irəli aparan insanlarımız çıxıb" kimi şərhlər Bəhramın postunun şərh bölümünü "bəzəyib".

O, isə yazılanlara reaksiya verməyib. Bəzi izləyicilər isə Bağırzadənin hər dəfə qəsdən bu mövzuya "ilişdiyini", bununla gündəmə gəlmək istədiyini iddia edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR