İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq agentlik Türkiyənin reytinqini qaldırdı: Nəyə görə?

460 06.05.2024 12:28 Siyasət A A

“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin uzunmüddətli xarici və yerli valyutada reytinqini "B"dən "B+" səviyyəsinə yüksəldib.

Musavat.com agentliyin yaydığı məlumnata istinadən xəbər verir ki, reytinq proqnozu "müsbətdir".
Məlumatda həmnçinin qeyd olunur: “Biz gözləyirik ki, ölkədə keçirilən bələdiyyə seçkilərindən sonra Türkiyə hakimiyyəti pul siyasətini sərtləşdirmək və tədricən fiskal konsolidasiya yolu ilə inflyasiya ilə mübarizəni davam etdirəcək”.

S&P inflyasiyanın azaldılması və iqtisadiyyatın dollarlaşmasının yavaşlaması ilə yanaşı, qarşıdakı iki il ərzində Türkiyənin cari hesab kəsirinin daralacağını proqnozlaşdırır. Bununla yanaşı, agentlik analitikləri ölkədə inflyasiyanın 2028-ci ilin əvvəlinə qədər ikirəqəmli səviyyədə qalacağını düşünürlər.

S&P bildirib ki, Türkiyənin Mərkəzi Bankı əsas faiz dərəcəsini 2024-cü ilin sonuna qədər hazırkı 50 faiz səviyyəsində saxlayacaq: “Ölkənin tədiyyə balansı yaxşılaşmağa davam edərsə, inflyasiya yavaşlarsa və türk lirəsi ilə daxili əmanətlər artarsa, ölkənin valyuta ehtiyatlarını yenidən qurmağa imkan verərsə, Türkiyənin reytinqini yenidən yüksəldə bilərik”.

Ölkənin maliyyə sabitliyinə və ya hökumət büdcəsinə təzyiq artarsa, məsələn, lirənin zəifləməsini dayandırmaq mümkün olmadıqda və ya hakimiyyət inflyasiyanın qarşısını almaq üçün tədbirlərdən imtina edərsə, S&P Türkiyənin reytinq proqnozunu “stabil”ə dəyişə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR