İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq dialoqun episentri - Azərbaycanın önəmi

472 04.05.2024 10:53 Siyasət A A

“Bakı prosesi” bədxahların planını belə pozur; deputat: “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın imici, həm də tanıdılması baxımdan önəmli addım oldu”

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu, əlbəttə, hər şeydən öncə ölkəmizə olan beynəlxalq etimadın təzahürüdür. Bakıda 1-3 may aralığında keçirilən çoxgünlük “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu məhz bu cür yadda qalacaq və yəqin ki, son olmayacaq.    

Forum, sözsüz ki, çox mühüm, nüfuzlu beynəlxalq platformadır. Təsadüfi deyil ki, tədbirə 110 ölkənin nümayəndəsi qatılıb. Bu mənada “Bakı Prosesi” ilk növbədə mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir.

Sirr deyil ki, əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Ölkəmizdə yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır.

Bəs paytaxtımızda reallaşan bu kimi tədbirlərin Azərbaycanın sivil, tolerant dövlət kimi beynəlxalq imicinin möhkəmlənməsində önəmi nədən ibarətdir?

Prezident seçkiləri: Fazil Mustafa səs verib

Fazil Mustafa 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın tolerant  dövlət, mədəniyyətlərarası münasibətlərdə kilid rolu oynayan ölkə kimi imicini təsdiq edən bir hadisədir:

“Möhtəşəm bir tədbir oldu. Tədbirin açılışında ölkə Prezidenti İlham  Əliyev Azərbaycanın yol xəritəsi, mədəniyyətlərarası inkişafda rolundan danışdı, ölkəmizin bütövlükdə Şərq-Qərb mədəniyyəti arasında bir uzlaşma nöqtəsi olduğunu ifadə etdi və çox ciddi şəkildə gələcəklə bağlı bütün narahatçılıqları dilə gətirdi. Prezident açıq şəkildə bildirdi ki, əgər sülhü beynəlxalq təşkilatlar təmin edə bilmirsə, dövlətlər məcbur olub özləri müharibə yolu ilə bu sülhü qazanırlar və Azərbaycan da müharibə yolu ilə bu sülhü qazandı və bu, bizim məcbur olduğumuz bir addım idi, çünki suverenliyimizi bərpa etməli idik. Bütün qüvvələr ATƏT, BMT yalnız sənəd  qəbul etməklə kifayətləndilər, amma Azərbaycana heç bir köməklik göstərmədilər. 

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi platformalar həm də bir fikir, təcrübə mübadiləsidir. Burada müzakirə olunan məsələlər gələcəkdə bir-birinin təcrübəsinin inkişafına köməklik göstərəcək.

Bu forumun ən mühüm tərəfi həm də ondan ibarət idi ki, burada ayrıca olaraq Parlamentlərarası konfrans təşkil olundu. “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda təşkil edilən konfransda ayrı-ayrı ölkələrin parlamentariləri iştirak edirdi. Konfransın rəsmi açılış hissəsinə Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova çox yüksək səviyyədə sədrlik etdi. Bu tədbirdə 20-yə yaxın ölkənin təmsilçisi çıxış edərək, özünün bu məsələ ilə bağlı təcrübələrini bölüşdülər, fikirlərini səsləndirdilər. Həmçinin bütün çıxışlarda Azərbaycanın nümunəvi ölkə kimi  bu dialoq prosesinə töhfə verdiyini qeyd etdilər. 

Parlamentlərarası konfrans öz işini Milli Məclisin Mədəniyyət Komitəsinin sədri kimi mənim moderatorluğum ilə plenar iclasla davam etdirdi. Burada da yenə 20-yə yaxın ölkənin təmsilçisi fərqli platformalardan qanunvericilik təcrübəsi ilə bağı fikirlərini ifadə etdilər. Bütün  bu fikirlər ümumiləşdirilərək, bir sənəd halına gətiriləcək və həm bizim, həm də onlar üçün ciddi bir təcrübə olacaq ki, mədəni irsin qorunmasnda hansı addımlar atılır və hansı addımların atılması zəruridir, hansı boşluqlar var və sairə. 

Çıxışlarımızda Azərbaycanın həm mədəniyyət haqqında qanun, həm arxeoloji irsin, mədəni abidələrin qorunması ilə bağlı qanunvericiliyi yüksək səviyyədə yerinə yetirdiyini vurğuladıq, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı olması ilə bağlı ayrıca qanun formatını təqdim etdik və həm də göstərdik ki, bir şəhər modelində mədəni irsin qorunması hansı parametrləri həyata keçirmək mümkünüdür. 

Daha sonra ayrı-ayrı panellərdə Azərbaycanın tanınmış siyasətçiləri, düşüncə adamları, filosofları, kulturoloqları geniş fikir mübadiləsi apardılar.

Bundan başqa tədbirdə iştirak edən qonaqların  bir qismini ölkə prezidenti, digər qismini Milli Məclisin sədri Sahibə Qafarova qəbul etdi. İştirakçılar Bakının müxtəlif  yerlərinə gəzintiyə getdilər, Qarabağ bölgəsinə səfər etdilər. Bütün bunların hamısı Azərbaycanın imici, həm də tanıdılması baxımdan önəmli addım di.

Hesab edirəm ki, çox yüksək səviyyədə təşkil olunan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da nəticəsi Azərbaycan üçün ənənəvi olaraq çox faydalı olacaq. Həmçinin bu tədbirlə xeyli dost ölkələr qazandığımızı düşünürük".

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə bildirib ki, son 15-20 ildə Azərbaycan öz daxili problemlərini həll etdikdən sonra Bakı beynəlxalq mədəniyyətlərarası, sivilizasiyalararası, ümumilikdə beyin mərkəzi olaraq dünyanın aparıcı düşüncə  mərkəzinə çevrilib:

“Bütün bunlar isə Azərbaycanın Prezidenti İlham Əliyevin apardığı çoxillik, peşəkar siyasətinin nəticəsidir. Hər il istər Bakıda, istər respublikanın digər böyük şəhərlərində, eləcə də Qarabağda, Şuşada mədəniyyət, incəsənət, ədəbiyyat, folklor, musiqi, etnoqrafiya, siyasət, ictimai-sosial həyatın müxtəlif sahələrinə aid keçirilən böyük tədbirlərin dünyada ölkəmizin nüfuzunun necə yüksəldiyinin şahidi oluruq.

Son illər isə artıq Azərbaycan, paytaxt Bakı dünyanın ən böyük güc mərkəzlərindən birinə çevrilməkdədir. Azərbaycan artıq beynəlxalq platformaların yaradıcısı kimi də tanınır. İstər “Mərkəzi Asiya 5+1" platforması, istər Azərbaycanın  Qoşulmama Hərəkatına rəhbərlik etməsi onun nüfuzunu, geosiyasi qüdrətini  nümayiş etdirir.  

Məlum olduğu kimi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xalqların, sivilizasiyaların dialoquna çevrilib və Avropada artıq zəifləməyə başlamış və bir sıra hadisələrə görə arxa plana atılmış multukulturalizm,  xalqların dostluğu, qlobalizm kimi məsələləri önə çıxardır və ona yeni bir işıq verir canlanma verir. 

Bu tədbir, eyni zamanda noyabrda Bakıda keçiriləcək COP29 bizə imkan yaradır ki, dünyaya öz dəyərlərimiz tanıdaq, Azərbaycan xalqının necə tolerant ölkə, cəmiyyət olduğunu nümayiş etdirək".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR