İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizim Ermənistana güzəştimiz budur...

1541 01.05.2024 16:41 Yazarlar A A

Erməniləri xəyallardan uzaqlaşdırmağa və realist olmağa çalışan Nikol Paşinyan xeyli gecikdi. Əgər bu mövqeni 2018-ci ilin bu günlərində nümayiş etdirsəydi, nə o qədər qan-tökülərdi, nə itkilər olardı, nə də...

Xatırlayırsınız yəqin, küçədən belindəki çantası ilə hakimiyyətə gələn Paşinyan qolunun sarığını açdıqdan bir az sonra qələbəsini qeyd eləmək üçün Şuşaya gəlmişdi. Sonradan Şuşada yallı getməsi, araqla çaxırı qarışdırdıqdan sonra torpağa sərələnməsini əks etdirən görüntülər də yayıldı. Daha bir il sonra “Qarabağ Ermənistandır. Nöqtə” deyən də Nikol oldu. Əgər o, hakimiyyətə gəldiyi ilin sentyabrında Azərbaycan Prezidenti ilə Düşənbədə ayaqüstü söhbətin həm özü, həm də Ermənistan üçün şans olduğunu anlaya bilsəydi, vəziyyət bu həddə çatmaz, proseslər sonrakı müstəvidə cərəyan etməzdi. Situasiyanı düzgün dəyərləndirə bilmədi, özünü dəlioğlanlığa vurdu, nəticəsi bəlli. Özlərinə o qədər arxayın oldular ki, hətta Tovuz rayonu istiqamətindən hücum təşkil elədilər, yeni ərazilər işğal etmək sevdasına düşdülər. Ağız-burunları ovulandan sonra da ağıllanmadılar.   

_101156512_gettyimages-951429972.jpg (42 KB)

Nikol Paşinyan hətta 44 günlük müharibədən sonra da düzgün siyasət sərgiləməyi bacarmadı, altından imza atdığı kapitulyasiya sənədinə əməl etmədi, bu günədək sənədin 9-cu bəndi icra olunmayıb. Təkcə o da yox, heç ərazilərimizin azad olunması barədə öhdəlik də icra olunmayıb.4-cü ildir ki, 4+4 kəndin azad olunması istiqamətində müzakirələr gedir. Nəhayət, anklav olmayan 4 kəndin azad olunmasının vacib olduğunu başa düşdülər, amma esklav 4 kəndin işğalı hələ də davam edir. Digər tərəfdən də Başkəndlə bağlı sərsəm iddialar səslənməkdədir.

Tarixçi alim Anar İsgəndərov Başkəndin tarixi barədə “Yeni Müsavat”a faktlara istinadən müsahibə verib. Hətta azərbaycanlı olmayan tarixçilər də zamanında Başkəndin məhz Azərbaycana məxsus olduğunu yazıblar. Başkənd sovet Rusiyası tərəfindən qoparılaraq Ermənistana verilib və yalnız 1978-ci ildə bu kəndin adı erməniləşdirilib. 19-cu əsrdə azərbaycanlıların sıxışdırılması hesabına bu torpaqlarda məskunlaşdırılan ermənilər sonradan əfi ilana dönərək bölgənin əhalisinə qarşı təhlükə törədiblər. 90-cı illərin əvvəllərində isə Başkənddə toplaşan erməni canilər Şınıx bölgəsinə, Gədəbəyə, Şəmkirə, hətta Gəncəyə belə təhlükə yaratmağa başlayıblar. 1992-ci ilin avqust döyüşlərində Azərbaycan ordusu canı-qanı bahasına tarixi torpaqlarımızı azad edib və düşmənin cavabını verib. Yəni hətta azərbaycanlıların torpağında 150 il yaşamalarına baxmayaraq, ermənilərə hər hansı problem yaratmamışdıq, əksinə, onlar günün birində bizə qənim kəsildilər, günahsız insanlarımızı qətlə yetirdilər, yandırdılar. Bütün bu cinayətləri törədən ermənilər olub, biz yox, bu qanlı hadisələri onlar başlayıb, azərbaycanlılar yox! İndi niyə kimlərsə “sülh carçısı” statusunda çıxış edib, Ermənistana güzəşt etməyimizin zərurətindən danışır? 36 il ərzində Azərbaycana yüz milyardlarla ziyan vuran, 30 minədək insanımızın qətlinə bais olan Ermənistan olub, ermənilər olub! Digər tərəfdən, bu savaşın qalibi Azərbaycandır və onun diktəsi həlledici olmalıdır.

4fF2i1PC08KX6sGG7PC1.jpg (110 KB)

Biriləri niyə tələsik Başkənd söhbətini atır ortaya? Hələ Ermənistanın əməl etmədiyi öhdəliklər var, Naxçıvan boyda ərazimiz, yarım milyonadək insanımız blokadada yaşamaqdadır. Qazaxın 3, Sədərəyin 1 kəndi hələ də işğaldadır. Hər gün ermənilərin basdırdığı minalar canlar alır, düşmənin alçaq əməllərindən zərər çəkməkdəyik. Ermənistan Azərbaycana vurduğu zərərin kompensasiyasını ödəməlidir! Pulu yoxdursa, tarixi Azərbaycan torpaqlarının bir hissəsini qaytarmalıdır! Zəngəzur dəhlizinin təhlükəsizliyi elə formada həyata keçirilməlidir ki, daha bir erməni azərbaycanlıların olduğu qatara, avtomobilə sarı boylana bilməsinlər. Bunlar neçə gündür Azərbaycan kəndlərinin geri qaytarılmasına (?!) etiraz olaraq Ermənistanın Gürcüstana və İrana gedən yollarını kəsirlər. Öz yollarını – nəfəsliyini kəsənlərdən yaxşı nəsə gözləmək olmaz təbii. Odur ki, içərimizdəki sülhpərvərlər ermənilərə çox da etibar etməsinlər, tələsməsinlər sülh mesajlarında, güzəştlərə isə yer olmamalıdır.

1713532924_1713360585_yv.png (1015 KB)

Bizim güzəştimiz başımıza bu qədər müsibətlər gətirmiş ölkənin varlığına dözməyimizdir. Ermənistana aparılan əsir və girovlarımızın hələ də sağ olduğu barədə xəbərlər yayılır. Qarabağda hara qazılırsa, soyqırıma məruz qalan vətəndaşlarımızın sümükləri üzə çıxır. Hələ ailələrin gözləri yoldadır, hələ Şəhidlər xiyabanındakı naməlum məzarlarda kimlərin uyuduğu araşdırılır. Ermənilər çox cinayətlər törədib, çox... Hələ etdiklərinə görə üzr istəmək, əfv diləmək əvəzinə Qazaxın kəndlərinə görə bizə qarşı müharibə çağırışları edənlər varsa, demək, ağacı əlimizdən yerə qoymamalıyıq.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR