İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bolşe zəhrimara”-Blinkenə istefa...  

2039 27.04.2024 13:42 Siyasət A A

Ötən ilin oktyabrında “mən bir yəhudu kimi İsrailin yanındayam” deyən Blinken, bundan bir ay əvvəl Qarabağda terror yuvasının məhv edilməsinə fərqli reaksiya vermişdi...

ABŞ dövlət katibi Entoni Blinken zənnimcə, dərin, xüsusi diplomatik bacarığı olmayan məmurdur. Yəni bu bir müşahidədir, amma diplomatlar bağlı qapı arxasında iş görsələr də, nəticə heç vaxt gözəgörünməz deyil. Bu səbəbdən də Blinkenin son 4 illik fəaliyyəti haqda yaxşı heç nə demək mümkün deyil. Yaxın Şərq kimi “qanayan yara”nı, Ukrayna kimi qlobal müharibəni hələ qoyaq kənara. ABŞ və onun xarici siyasətini kurasiya edən Dövlət Departamenti onun rəhbərliyi dönəmində də Qarabağ məsələsində fərli(əvvəlkilərdən fərqli) siyasət ortaya qoya bilmədi.

ABŞ Baydenin prezidentliyi dönəmində yenidən və yeni dünya düzəni yaratmaq arzusuna düşüb ki, bunun acı nəticələri göz qarşısındadır.Dünya xaos əhval-ruhiyyəsinə girib, bunun son acı nümunəsi də hazırda Yaxın Şərqdə baş verənlərdir.

Amerikanın Qafqazda Ermənistan üzərindən həmlələri hələ ki, uğursuzdur. Azərbaycan Vaşinqtonun sülh müqaviləsinin imzalanmasında vasitəçiliyini dəfələrlə müsbət qiymətləndirib, Blinkenin birbaşa vasitəçiliyi ilə təşkil edilən danışıqlarda da həmişə iştirak edib.Ötən il bu vaxt Laçında dövlət sərhəd postumuz fəaliyyətə başlayanda Blinkenin Bakıya telefon zəngləri intensivləşdi. Azərbaycanın öz ərazisində sərhəd-keçid məntəqəsi quraşdırması nədənsə, Fransa qədər ABŞ-ı da narahat etmişdi. Bundan bir qədər sonra gərək ki, “Politico” nəşri yazmışdı ki, Blinken ermənipərəst konqresmenlərlə görüşündə guya Azərbaycanın Ermənistana hücum hazırlığında olduğunu deyib. Rəsmi olaraq bu xəbəri təkzib etmədilər, üstəlik sonradan Blinkenin daha bir köməkçisi(müavini) eyin yalanı təkrarladı da. Prezident Əliyevin sitatını kontekstdən çıxarıb “Azərbaycanın Zəngəzura qoşun yeritmək” istəyi kimi izah etmək ölkəmizə qarşı qarayaxma, imicinə zərbə vurmaq cəhdindən başqa bir şey deyildi.

6c4ae7fe37eb9ccb61e3bd84c9087a36.jpg (87 KB)

Ötən ilin oktyabrında İsraildə terror hücumunu pisləyən, “mən bir yəhudi kimi İsrailin yanındayam” deyən Blinken təəssüf ki, bundan bir ay əvvəl Qarabağda terror yuvasının 23 saat ərzində tam məhv edilməsinə eyni reaksiyanı göstərməməşdi. Halbuki antiterror tədbirləri zamanı bir mülki erməni ölmədi. Erməni xalqını Qarabağdan heç kim qovmadıı,özləri köçüb getdilər. İsraildə qan su yerinə axmaqda davam edir. ABŞ hətta bu qırğının “ədalətli izahını” tapır, Azərbaycan yada düşdükdə isə “zorla köçürülmədən” danışmağa utanmırlar...

Blinkenin idarəsinin insan haqlarına dair son hesabatında da erməni sevgisi aşkar hiss edildi. Amerika dövlət kimi əlbəttə ki, Fransanın tayı deyil, amma ABŞ-ın Azərbaycana münasibətdə tez-tez “Makronluq” iddiasına düşdüyünü də gizlədə bilmir.

Blinkenin ABŞ dövlət katibi kimi Çinə ikinci dəfə səfəri diqqət çəkdi. O, dünyanın iqtisadi və indi həm də siyasi nəbzinin vurduğu ölkəyə ilk ötən ilin iyununda səfər etmişdi. Amerikanın dərdi aydındır. Çini qorxutmaqla, Rusiyanı yıxmaq. Çünki Qərb gec olsa anladı ki, Rusiyanın sanksiyalarla yıxılacağı çox optimist plan olub, çünki nə qədər ki, Çinlə müttəfiqdirlər, müqavimətə davam edəcəklər. Blinken 10 ay əvvəl də, indi də bu dəstəyin qarşısını almaq üçün çalışır.

Blinken ifadəsi çətin oxunan sifətinə “bolşe zəhrimar” verərək yenə “sözəbaxmaz” Çinə üçgünlük danışıqlara getmişdi. Həm də Çinin ən həssas yerindən vurandan- Tayvana yardım paketi ayrılandan sonra. Tayvana yardım ilk deyil, amma Blinkenin Çinə bu qərardan dərhal sonra getməsi diplomatik anlamda Pekinə sataşmaqdır. Blinkendən əvvəl ABŞ-ın maliyyə naziri də Çinə getmişdi, Rusiya ilə iqtisadi əlaqələri olan iri şirkətləri yığıb sanksiyalarla təhdid etmişdi.

19c7e4041fffe9e5bd2d4fa8d0e10b55.jpg (240 KB)

Pekində çinli həmkarı ilə görüşdən sonra ABŞ dövlət katibi Çini aşkar mətnlə təhdid etdi. “Bugünkü müzakirələr zamanı mən Çindən Rusiyanın Ukraynaya təcavüzünü gücləndirən dəstəyi ilə bağlı ciddi narahatlığımızı təkrarladım. Çin tərəfdən heç bir tədbir görülməsə, biz hərəkətə keçməyə tam hazırıq” deyə, Blinken hədələyib. Çinli nazir isə deyib ki, kimsə ölkəsinin inkişafını boğmamalı və suverenliyi, təhlükəsizliyi baxımdan “qırmızı xətləri” keçməməlidir.

Ekspertlərə görə, iqtisadi baxımdan Amerika Çindən asılıdır, nəinki Çin ABŞ-dan.... Rusiya mediası isə yazır ki, Blinken 10 ay aralıqdan sonra baş tutan səfəri yenə uğursuz olub və yaxın vaxtlarda bu uğursuzluğu ört-basdır etmək üçün Blinken istefaya göndərilə bilər ...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR