İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu deputatlar yenidən mandat almayacaq - ŞOK ADLAR

15130 08.05.2024 11:14 Ölkə A A

Azərbaycanda yaxın vaxtlarda VII çağırış Milli Məclisə seçkilərin keçiriləcəyi gözlənilir. Azərbaycan Konstitusiyasının 84-cü (Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti) maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. 

Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.

Konstitusiyanın 98-ci maddəsinə əsasən, növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericilik hazırkı seçkilərin erkən keçirilməsinə əsas verir. Yəni yay aylarında seçkilərin keçirilməsi gözləniləndir. Bir neçə gün öncə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər. O, buna səbəb kimi noyabr ayında keçiriləcək COP29-la bağlı tədbirləri göstərib: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.

Belə olan halda, parlamentin üzvlərinin kimlərdən formalaşacağı diqqət mərkəzindədir. Ona görə də iddiası olanlar artıq fəallaşmağa başlayıblar. 

Pravda.az xəbər verir ki, bu dəfə mənzərə fərqli olacaq, dövlət və xalq hər zaman fəal olanlara üstünlük verəcək. Ona görə də hazırkı deputatların bir hissəsinin VII çağırışda yer almayacağı, xüsusilə siyasi partiya təmsilçilərinin yenilənəcəyi bildirilir. Bütün hallarda hakim Yeni Azərbaycan Partiyasının təmsilçilərinin yeni parlamentdə çoxluq təşkil edəcəyi şübhəsizdir. Onu da qeyd edək ki, hazırkı sədr Sahibə Qafarovaya yenidən etimad göstəriləcəyi ehtimalı böyükdür. Müavinlər səviyyəsində dəyişiklik ediləcəyi gözləniləndir. İşğal altında olan torpaqları cəmi 44 günə azad edən ölkənin parlamenti daha da güclənməlidir. İndi müharibə hərb meydanında deyil, diplomatik müstəvidə həyata keçirilir. Prezident İlham Əliyev bu döyüşü də uğurla həyata keçirir. Bu məsələdə deputatların da üzərinə böyük məsuliyyət düşür. Ona görə də yeni çağırış Milli Məclis həlledici olacaq. Növbəti çağırışda təmsil olunmayacağı bildirilən deputatların adlarını təqdim edirik:

Ülviyyə Ağayeva (bitərəf) Əminə Ağazadə (bitərəf), Jalə Əhmədova (bitərəf), Jalə Əliyeva (bitərəf) Sevinc Hüseynova (YAP), Ülviyyə Həmzəyeva (YAP), Məlahət İbrahimqızı (YAP), Pərvin Kərimzadə (YAP). 

Parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadədir (83 yaş). Onu Eldar İbrahimov (79 yaş) və Mixail Zabelin (78 yaş) izləyir.

“70-i ötmüşlər” siyahısındakı digər deputatların adlarını təqdim edirik:

- Vahid Əhmədov (77 yaş);

- Əhliman Əmiraslanov (76 yaş);

- İsa Həbibbəyli (75 yaş);

- Tahir Rzayev (74 yaş);

- Aqiyə Naxçıvanlı (74 yaş);

- Fəzail İbrahimli (73 yaş);

- Elman Məmmədov (73 yaş);

- Rasim Musabəyov (73 yaş);

- Bəxtiyar Sadıqov (73 yaş);

- Eldar Quliyev (72 yaş);

- Anatoliy Rafailov (71 yaş);

- Əli Məsimli (71 yaş);

- Aqil Abbas (71 yaş);

- Cavanşir Paşazadə (71 yaş);

- Sabir Hacıyev (70 yaş);

- Asim Mollazadə (70 yaş).

Siyahının bir qədər də böyüyəcəyi istisna deyil. Dəqiq olan odur ki, yeni parlament formalaşacaq və tərkibində dəyişikliklər olacaq. Dövrün tələblərinə daha çox cavab verən şəxslər deputat mandatı əldə edəcəklər ki, həm qanunvericilik sahəsində, həm də siyasətdə, beynəlxalq arenada ölkəmizin maraqları üçün ciddi faydaları olsun. 

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

 Abutalıb Səmədov 

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, müstəqillik illərində Azərbaycan parlamenti həmişə mühüm rol oynayıb və öz üzərinə düşən vəzifənin öhdəsindən müəyyən səviyyədə gəlib. Ancaq təbiidir ki, dövrümüz parlamentin daha yüksək səviyyəli deputatlardan formalaşmasını tələb edir: “Mən də çox arzulayardım ki, növbəti seçkidə seçiləcək deputatların heç biri cəmiyyətdə sual doğurmasın. Layiq olanlar seçilsin. Azərbaycanı təmsil eləməyə, Azərbaycan haqqında söz deməyə haqqı olan insanlar deputat seçilsin. Bundan qazanan dövlətimiz olacaq. Həmçinin müxalifət nümayəndələri parlamentdə olsunlar. Həm tənqidçi müxalifət, həm konstruktiv müxalifət Milli Məclisdə təmsil olunsun. Və bu da insanlara düşünmək, təhlil eləmək imkanı versin. Çünki tənqidçi müxalifət bilirsiniz ki, yalnız inkar eləmək xəttini tutub və heç bir debata yaxın getmir. İnsanlar da müqayisə eləmək, onların nəyə qadir olduğunu bilmək imkanından məhrumdurlar. Bu debatlar parlamentdə ola bilər. Xalq da onda görər ki, yalnız tənqid etməyi bacaranlar, əslinə qalsa o qədər də dərin savadı və ağlı olmayanlardır, onlara dövlət etibar eləmək olmaz. Bu baxımdan parlament o cür tənqidçi müxalifət haqqında xalqda aydın təsəvvürün yaranması üçün yaxşı bir platformadır. Xalq onların parlament fəaliyyətinə baxıb səviyyələrinin necə olduğunu daha dəqiq görəcək. İkinci mühüm məqam konstruktiv müxalifətin ölkəmiz üçün daha faydalı olduğunun görünməsidir ki, bu gün onlara inkarçı müxalifət "avtobus müxalifəti" deyir. Onlar təbii ki, bu cür sözlər söyləyənlərdən daha hazırlıqlıdırlar, daha səviyyəlidirlər. İnsanların bunu da bilməsi vacibdir ki, əslinə qalsa, konstruktiv müxalifət inkarçı müxalifətlə müqayisədə dövlət idarəçiliyinə daha çox hazırdır və onların müxtəlif sahələr üzrə proqramları, konsepsiyaları var. Bunu da insanlar görməlidirlər".

Ekspert ümid edir ki, seçiləcək yeni parlament fikirlərin yaxşı mənada toqquşduğu bir meydana çevriləcək və insanlar da indiyə qədər görə bilmədikləri həqiqətləri görmək imkanı əldə eləyəcəklər. Bu da dövlətimiz üçün həddən artıq vacibdir: “Parlamentin tərkibini həm müxtəlif fikirli adamlardan ibarət görürəm, həm də daha səviyyəli, daha hazırlıqlı və Azərbaycan üçün daha faydalı olacağını düşünürəm. Yeni dövrün tələbi məhz budur”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR