İnsanlara hürriyət, millətlərə istiqlal!

BU DƏQİQƏ! Paşinyanla Putin KRİTİK danışıqlara BAŞLAYIR, Kremldən AÇIQLAMA var - CANLI

1283 08.05.2024 15:39 Siyasət A A

Rusiya sülhməramlıları Qarabağda yerləşən müvəqqəti dislokasiya yerlərini tərk etməkdə davam edirlər. Moskva isə mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşü alqışlayır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yardımı davam etdirməyə hazırdır.

"Xatırladım ki, aprelin 21-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar keçirilib. Bu gün isə Rusiya prezidenti ilə Ermənistan Baş naziri arasında görüş keçiriləcək. Bu danışıqlarda Cənubi Qafqazda sülhün, sabitliyib və təhlükəsizliyin təmin edilməsi məsələsi gündəmdə olacaq", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Artıq Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya səfər edib. Bu barədə TASS məlumat yayıb. Bildirilib ki, N.Paşinyan Aİİ sammitinə sədrlik edəcək, daha sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

“Putin və Paşinyan arasında görüş hər iki tərəfə lazımdır və gözləniləndir”. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O, Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakının dayandırılmasının mümkünlüyü haqqında suala da cavab verib.

Bildirib ki, inteqrasiya iştirakçı ölkələrin sürətli inkişafını təmin edir və inteqrasiyanın davam etdirilməsi onların maraqlarına uyğundur. "Avrasiya İqtisadi İttifaqını inkişaf etdirməyə davam etmək bütün iştirakçı ölkələrin maraqlarına uyğundur.

Ümumiyyətlə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya prosesinin özü çox uğurludur, o, iştirakçı ölkələr üçün sürətli inkişafı təmin edir.

İştirakçı ölkələr bunu bilir və çox güman ki, bu inteqrasiya prosesinin Aİİ ölkələrinin ÜDM-nin illik artım tempində payı çox nəzərə çarpır”, - deyə Kreml rəsmisi vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR