İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu təşkilat Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək verdi-BƏYANAT

829 08.05.2024 12:07 Siyasət A A

Qərbi Azərbaycan İcmasının rəhbər şuraları Bəyanat yayıb.

İcmadan Musavat.com-a verilən məlumata görə, Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 4-5 may 2024-cü il tarixlərində Qambiyanın Bancul şəhərində keçirilmiş zirvə görüşündə təşkilatın üzvü olan 57 dövlət Ermənistandan zorla qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə edib və onların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək ifadə ediblər. Bundan əlavə, dövlət və hökumət başçıları Ermənistanda müsəlman mədəni irsinin təhqir edilməsini və dağıdılmasını sərt şəkildə qınayıblar.

Qərbi Azərbaycan İcması İƏT sammitinin bu qərarını ürəkdən alqışlayır. Bu qərarı ilə İƏT Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə etmiş ilk beynəlxalq təşkilat olub.

Qərbi Azərbaycan İcması əmindir ki, təşkilatın Qərbi Azərbaycan məsələsinə birmənalı dəstəyi Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə sülh yolu ilə qayıdışını təşviq edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR