İnsanlara hürriyət, millətlərə istiqlal!

Dmitri Medvedyev: Rusiyanın qələbə üçün lazım olan təcrübəsi və gücü var

586 01.05.2024 12:03 Son xəbər A A

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, Rusiya qələbə üçün lazım olan hər şeyə malikdir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Medvedyev bu barədə “Vkontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bizim zavodlarımız bu gün nəhəng, düşmənlərimizin titrədən silahlar istehsal edir. Eyni zamanda, biz silahı ölkəmizin firavan yaşaması üçün lazım olan hər şeylə birlikdə istehsal edirik”, – Medvedyev yazıb.

O, Rusiyanın texnoloji potensiala, iş təcrübəsinə, dərin tarixi yaddaşa, o cümlədən uğur əldə etmək və qarşıya qoyulan bütün vəzifələri yerinə yetirmək üçün lazım olan möhkəmlik və gücə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, 2008-2012-ci illərdə Rusiya prezidenti olmuş Medvedyev 2 il 2 aydır ki, Ukrayna üzərində qələbədən danışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR