İnsanlara hürriyət, millətlərə istiqlal!

Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI

896 09.05.2024 01:34 Ölkə A A

“Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”.

Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, dönərxanalar üçün yeni sanitariya norması hazırlanıb.

“Dönərxanalar tərəfindən çiy ətin hazırlanması qadağan ediləcək. Çiy ət yalnız sanitar-texniki tələblərə cavab verən ərazilərdə və istehsal sahələrində hazırlanacaq. Eyni zamanda yalnız baytarlıq nəzarətindən keçmiş çiy ətlərin hazırlanması həyata keçirilməlidir. Biz artıq bu tələblərin icrasına başlamışıq”, - deyə E.Mikayılov bildirib.

Qeyd edək ki, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə baş verib. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib. Məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR