İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlcəzair Ali Məhkəməsi ilə Anlaşma Memorandumu imzalandı  FOTO

391 30.04.2024 13:31 Ölkə A A

Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub.

Musavat.com-un xəbərinə görə, Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsinin yaradılmasının 60 illiyi münasibətilə müxtəlif ölkələrin Ali Məhkəmələrinin sədrlərinin və rəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfransda çıxış edən İnam Kərimov ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verib.

Bildirib ki, digər sahələrdə olduğu kimi, məhkəmə sahəsində də rəqəmsallaşma dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Konfrans çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. İnam Kərimovla Əlcəzair Xalq Demokratik Respublikasının Ali Məhkəməsinin sədri Tahar Mamouni arasında ikitərəfli görüş keçirilib.

Tahar Mamouni ötən il Bakıya etdiyi səfəri xatırladaraq Ali Məhkəmə ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və hər iki ölkənin məhkəmələri arasında əməkdaşlıq perspektivlərinə toxunub. Səfər çərçivəsində ədalət mühakiməsinin inkişafı, iki dost dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və əlaqələrin dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Görüşlərdə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev də iştirak edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR