İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

8639 30.04.2024 17:45 Region A A

Babək Zəncaninin əfv tələbinə ədliyyə orqanları tərəfindən baxılıb, məhkəmə hakimiyyətinin başçısının təsdiqi və Əli Xameneinin razılığı ilə Babək Zəncaninin edam cəzası 20 il həbslə dəyişdirilib.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Babək Zəncani 1999-cu ildən İran Mərkəzi Bankının rəhbəri Möhsün Nurbaxşinin xidməti sürücüsü olub.

SEPAH-la əlaqəli işləyən Zəncani İranın ən varlı adamlarından biri olub. İran üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə günahlandırılan Zəncaninin adı ABŞ və Avropa Birliyinin qara siyahısına salınıb.

O, BƏƏ, Türkiyə və Malayziyada şirkətlər açıb, hökumətin adından milyonlarla barrel İran nefti satdığını boynuna almışdı. B.Zəncaninin var-dövlətinin, təxminən, 13,5 milyard dollar olduğu deyilir.

2013-cü ilin dekabr ayında həbs olunan milyarder uzun məhkəmə prosesindən sonra edam cəzasına məhkum edilib.

Bundan əvvəl İran rəsmiləri Babək Zəncaninin mənimsədiyi pulları dövlətə qaytardığı halda onun işinə yenidən baxılacağı, ölüm hökmünün dəyişdirilə biləcəyini demişdilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR