İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmira Axundovanın gizli məktubunda Ramiz Mehdiyevdən həbsini tələb etdiyi Fərman Məmmədov DANIŞDI - ŞOK

3706 06.05.2024 14:23 Kriminal A A

Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb. Məktubda Elmira Axundova Ramiz Mehdiyevdən Fərman Məmmədovun barəsində ölçü götürülməsini tələb edir. (yazıya buradan baxa bilərsiniz: https://musavat.com/news/sabiq-qacaq-sefirin-ramiz-mehdiyeve-gizli-mektubu-uze-cixdi-sensasion-adlar-sok-telebler_1067030.html)

Musavat.com-un əməkdaşı Fərman Məmmədovla əlaqə saxlayıb, ondan Elmira Axundovanın gizli məktubu ilə bağlı fikirlərini soruşub.

- Sabiq deputat, eks-səfir Elmira Axundovanın sizinlə bağlı Ramiz Mehdiyevə məktub yazmasından məlumatlısızmı?

- O, barəmdə nəinki Ramiz Mehdiyevə, digər dövlət rəsmilərinə də dəfələrlə məktublar yazıb. Dediniz, təəccüb etmədim. Həmin məktublarla bağlı dəfələrlə araşdırmalar aparılıb, hər dəfə də yazılanların cəfəngiyyatdan başqa bir şey olmadığı üzə çıxıb. O zaman milli təhlükəsizlik naziri Eldar Mahmudova da deputat blankında məktub yazıb həbsimi tələb etmişdi. Onun məktubu əsasında məni MTN-nə dəvət etdilər, MTN-də məktubda yazılanlarla bağlı araşdırma aparıldı. Onun oğlu da ora çağırıldı. Əlində iki telefonla gəlib oturdu, dedi ki, sən buradan çıxmayacaqsan. MTN-də araşdırma aparıldı, məndən Həbib Axundovla bağlı yazdığım şikayətlərin sübutları istənildi. Mən də Həbib Axundovla, onun anası Elmira Axundova ilə danışıqlarımın olduğu diskləri, sübutları təqdim etdim. 8 saatlıq araşdırmadan sonra məndən üzrxahlıq edib MTN-dən sərbəst buraxdılar. Yəni barəmdə məktub yazması mənim üçün təəccüblü deyil.

- Elmira Axundova barənizdə bu cür məktubları niyə yazır?

- Deputatlığa namizəd olduğu zaman 2 dəfə səlahiyyətli nümayəndəsi olmuşam. Başqa nəsə demək istəmirəm.

- Elmira Axundova Ramiz Mehdiyevə məktubunda həbsinizi tələb edir. Barənizdə hökumət qəzetlərində “Fərman Məmmədov kimdir” kod adlı yazıların dərc edilməsini istəyir. Bunun səbəbi nədir?

Sizin qəzetiniz də daxil olmaqla, Azərbaycan mətbuatında bu haqda kifayət qədər yazılar dərc olunub (bu linkdə: https://musavat.com/news/elmira-axundovanin-elnur-ibrahimovdan-hesabat-aldigi-bilindi-ses-yazisi-stenoqram_545605.html). Elmira Axundova evində elan etmişdi ki, oğlu Həbib Axundov biznes qurub, ölkəyə xaricdən katric və dəftərxana ləvazimatı gətirib dövlət orqanlarına satacaq. Bizi də oğlunun biznesinə pul qoymağa çağırıb. O zaman Elmira Axundovanın evində məndən başqa xeyli adam olub. Şəxsən mən deputat olan Elmira Axundovaya inanmışdım, oğlu Həbib Axundova biznesə qoymaq üçün külli miqdarda pul vermişdim. Həmin vaxt Həbib Axundov Gömrük Komitəsində işləyirdi. Yəni həm Elmira Axundovaya, həm də Həbib Axundova inanmamağım üçün əsasım yox idi. Aramızda həm Həbib Axundovla, həm də Elmira Axundova ilə bu məsələylə bağlı kifayət qədər danışıqlar olub, dediklərimi təsdiq edən sübutlar var. Hansıları ki, mən istintaqa, məhkəmələrə də təqdim etmişəm. Çox təəssüf olsun ki, bu günə qədər də həmin sübutlara hüquqi qiymət verilməyib.

- Hansı sübutlardan söhbət gedir?

- Səs yazıları var. Orada açıq şəkildə pulumu qaytarmaq üçün Elmira Axundovanın özü də, oğlu da məndən vaxt istəyirlər. Mən də bir insan kimi onlara pullarımı qaytarmaları üçün vaxt verirəm. Eyni zamanda öyrənirəm ki, lap əvvəldən heç bir biznes olmayıb.

- Elmira Axundovanın evində elan etdiyi və oğlu Həbib Axundovun qurduğu biznesdən söhbət gedir?

8 milyonluq cinayət işi - səs yazısı...

- Bəli, Elmira Axundova bizə oğlu Həbibin xaricdən katric və dəftərxana ləvazimatı gətirib Azərbaycanda satacağını demişdi. Əslində isə belə bir biznes ümumiyyətlə olmayıb! Sadəcə bir piramida qurulub, mənim və digər insanların pullarını alıblar, özümüzə də bir neçə ay hissə-hissə öz pullarımızdan qaytarıblar. Həbib Axundov da həmin zaman kəsiyində özünün “Favorit” marketlər şəbəkəsini genişləndirib. Yəni varlanıb. Sonra da Elmira Axundova “biznes ruxnul” dedi. Mənə də Həbib Axundov deyib ki, Fərman əmi, narahat olma, sənin pulunu qəpiyinə qədər qaytaracağıq.

- Qaytardılar?

- Məhkəmə mülki iddiamı Elmira Axundovanın yaxını, oğlu Həbib Axundovun dostu Elnur İbrahimova qarşı təmin etdi. Elnur İbrahimov uzun müddət qaçıb Moskvada gizləndi, ora qaçmazdan əvvəl də Qəbələyə gedib Elmira Axundova ilə görüşmüş, ona bu psevdobizneslə bağlı hesabat vermişdi. Azərbaycanın hüquq-mühafizə orqanları Elnur İbrahimovun Moskvada gizləndiyi ünvanı müəyyən edib onu tutdular, ölkəyə gətirdilər. Elnur İbrahimov bu gün 9 illik həbsdədir. Mülki iddiam üzrə mənə 1 qara qəpik də ödəmir.

Qeyd: Videoda Elmira Axundova nəvəsinin ad günündə hazırda 9 illik həbs həyatı yaşayan Elnur İbrahimovla rəqs edir

Bunlar da gedib Eldar Mahmudova, Mədət Quliyevə, baş prokurora, Ramil Usubova belə əsassız iddialarla dolu məktublar yazırlar. O zaman daxili işlər naziri Ramil Usubova da bu cür, 1937-ci ilin ruhunda məktub yazmışdı. Belə emosional, həqiqəti əks etdirməyən məktublar ona hesablanır ki, heç bir araşdırma aparılmayacaq və məni sorğu-sualsız həbs edəcəklər. Elnur İbrahimov da, özləri də kənarda qalacaqlar. Yəni dövlətin gücündən mənə və digər zərərçəkənlərə qarşı istifadə etməyə çalışılıb. Amma cənab nazirin məsələyə həssas yanaşmağı və ədalətin tərəfində dayanmağı mənə qarşı qanunsuz addımların atılmasını əngəllədi. Buna görə də Ramil Usubova minnətdaram. Əfsuslar olsun ki, bəzi hallarda bu cür məktublarla bağlı qanunsuz addımlarla da üz-üzə qalmışıq. Məsələn, məhkəmələrlə bağlı bizə təzyiqlər göstərilib. Buna baxmayaraq, ədalətin bərqərar olacağına ümidimiz heç zaman itməyib.

- Ramiz Mehdiyevə ünvanlanan məktubdan sonra sizə qarşı hansısa addımlar atılıb?

Mübhəm cinayətdə adı keçən sabiq səfirlə bağlı araşdırma başlaya bilər

- Bu məktubdan məlumatsız olmuşam. Yazılanları oxudum, indi mənə aydın olur ki, Azərbaycan məhkəmələrində mənə və digər zərərçəkənlərə qarşı niyə bunca haqsız və ədalətsiz qərarlar çıxarılıb. Hətta Binəqədi Rayon Məhkəməsinin hakimi Kamran Əsədov Elmira Axundovanın iddiasına əsasən, məni və digər zərərçəkənləri heç bir əsas olmadan, cənab Prezidentə müraciət etməyimizə görə 10 min manat cərimə etdilər. Halbuki, həmin məqalələrin müəllifini əvvəlcədən məhkəmə əsassız və qanunsuz olaraq cərimə etmişdi.

live ekran ve alt qism yeni копия.jpg (926 KB)

- Elmira Axundovanın barənizdə Ramiz Mehdiyevə yazdığı gizli məktubla tanış olandan sonra hansı addımları atacaqsınız?

- Bununla bağlı vəkillərimlə məsləhətləşib hüquqi addımlarımızı müəyyən edəcəyik. Cinayət varsa, cəza da var. Əminəm ki, biz zərərçəkənlərə qarşı törədilən cinayət gec-tez araşdırılacaq, hər kəsin əməlinə hüquqi qiymət veriləcək.

- Elmira Axundova Ramiz Mehdiyevə məktubunda “Fərman Məmmədov kimdir” kod adlı yazı dərc edilməsini tələb edir. Bu suala özünüzün cavabı nədir?

- Mən xalqımı, Prezidentimi, dövlətimi sevən Azərbaycan vətəndaşıyam. Qanunlara riayət edir, Prezidentimiz İlham Əliyevin siyasətini dəstəkləyir, Azərbaycanın güclü və hüquqi dövlət olması istiqamətində addımlarını alqışlayıram. Adi bir vətəndaşam, sadə həyat sürürəm.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR