İnsanlara hürriyət, millətlərə istiqlal!

“Emmi” mükafatlarının 75-ci təqdimat mərasimi keçirilib - FOTOLAR

658 16.01.2024 10:38 Mədəniyyət A A

Yanvarın 15-də Los-Ancelesdə Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının ənənəvi “Emmi” mükafatlarının 75-ci təqdimat mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, 27 nominasiya üzrə mükafatlar televiziya serialları və verilişlərinin heyətlərinə təqdim edilib. 

“Müvəffəqiyyət” (“Success”) serialı nominasiya etibarı ilə ən çox “Emmy” heykəlciyinə layiq görülüb. Təqdimat mərasiminin tərkib hissəsi olan “Emmi Viewing Party”də (Emmi Baxış Gecəsi) Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Kamran Qasımov da iştirak edib, Akademiyanın digər üzvləri ilə fikir mübadiləsi aparıb.

QASİM.jpeg (299 KB)

K.Qasımov həmçinin Amerika Televiziya Akademiyası Fondunun hazırda gənclər üçün yay təcrübə proqramına iştirakçıların seçilməsi üzrə  komissiyasının üzvü kimi fəaliyyət göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR