İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Prezidentindən sərhədlərin delimitasiyası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

2235 30.04.2024 19:07 Region A A

Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda gələcək və davamlı sülhə yönəlib.

Bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan mətbuatına açıqlamasında deyib.

“Tavuşda, Aşağı Əskipara (Voskepar), Bağanis Ayrım (Bağanis), Xeyrimli (Kirants) və Qızılhacılı (Berkaber) kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, başa düşməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə yaxşı dəqiqləşdirilməsindən asılı olacaq. Bu, regionda mümkün eskalasiyanın qarşısını alacaq”, - o bildirib.

Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR