İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazçı ermənilər azadlığa buraxıldı - VİDEO

431 02.05.2024 12:17 Region A A

Azərbaycanla sərhədin delimitasiyasına qarşı etiraz aksiyalarında iştirak edən Kirants kəndinin saxlanılan sakinləri artıq azadlığa buraxılıblar.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ermənistan seqmentində görüntülər yayılıb.

Qeyd edək ki, aprelin 19-da Ermənistan və Azərbaycan Tavuş vilayətindən delimitasiyaya başlamaq və iyulun 1-dək delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər. Bundan sonra ermənilər sərhəddə etiraz aksiyalarına başlayıblar. Ötən həftə Tavuş sakinləri delimitasiya işlərinin qarşısını almaq məqsədilə Kirants-Açarkut-Voskepar yolunu günlərlə bağlı saxlamışdılar.

Onlar Kirants kəndinin körpüsünə toplaşmış, körpünü tutmuşdular. Buna səbəb isə odur ki, dərc olunan xəritələrə görə, Kirants körpüsü kəndin kadastr balansında olsa da, Azərbaycana təhvil veriləcək. Etiraz aksiyalarında iştirak edən çox sayda kənd sakini Ermənistan polisi tərəfindən saxlanılmışdı.

Sözügedən görüntüləri təqdim edirik:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR