İnsanlara hürriyət, millətlərə istiqlal!

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

764 25.04.2024 11:02 Dünya A A

Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub.

Publika.az “TASS”a istinadən xəbər verir ki, buraya onun və həyat yoldaşının, həmçinin keçmiş arvadı da və 5 uşağının adına olan hər şey daxildir.

Xatırladaq ki, aprelin 23-də T.İvanov 1 milyon rubl rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. İttiham olunduğu maddəyə əsasən, onu 15 ilədək həbs cəzası gözləyir.

İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq.

Dünən Sergey Şoyqu İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR