İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçə-İrəvan yolu da BAĞLANDI, ordu GERİ çəkildi, GƏRGİNLİK pikdə - CANLI

920 23.04.2024 15:53 Siyasət A A

Ermənistanın ordusu Azərbaycana təhvil verilən Qazaxın kəndlərindən geri çəkilib. Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan açıqlayıb. Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə düşündüyümüz reallığa çevrildi - ordumuz mövqelərimizdən geri çəkildi.

Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Gülməli vəziyyətdir, ordu düşmənə qapı açır və xalq öz polisinə, ordusuna qarşı döyüşür, - o Kirants kəndində deyib.
İrəvan-Göyçə yolu yerli sakinlər tərəfindən bağlanıb. Hazırda Qazaxla sərhəddə yerləşən Tovuzqala (Tavuş) vilayətində iki ölkənin mütəxəssisləri delimitasiya prosesinə başlayıb. Aşağı Əskupara kəndində basdırılan minalar da zərərsizləşdirilir.

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib. Həmin vaxt hətta “Madrid Prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan dövlət başçısı bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur.
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır”, - deyə dövlət başçısı əlavə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, indi bölgədə yeni nizam qurulur: “Əsassız fikirləri bir kənara qoymağın vaxtıdır. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. Paşinyan da artıq bunu başa düşür”.


TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə söhbətləşir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR