İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüquqi şəxslər üçün yeni tələblər - səlahiyyət mənimsəyən kimlərdir? 

601 25.04.2024 08:48 Ölkə A A

Deputat: “Bu, yalnız prosesi özbaşına həyata keçirənlərə aiddir”

Mülki Məcəlləyə hüquqi şəxslərlə bağlı mühüm yenilik ediləcək. Belə ki, hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilməyəcək. Bu, Milli Məclisin aprelin 23-də keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Bu halda publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna olacaq. Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilməməsinə dair tələb yalnız qeyri-hökumət təşkilatlarına şamil olunur. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Bəs dövlət qurumlarının və bələdiyyələrin səlahiyyətlərini hansı hüquqi şəxslər mənimsəyirdi? Yeni qanundan sonra kimlər hansı səlahiyyətlərini itirəcək? 

Bəziləri bu dəyişikliyi qeyri-hökumət təşkilatlarının funksiyalarının məhdudlaşdırılması kimi də dəyərləndirir. 

Fazil Mustafa güllələndi

Fazil Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, hər hansı bir səlahiyyət həddini aşma əslində normal bir məhdudiyyətlə qarşılaşmalıdır: “Çünki hər bir qurum öz işini qurmalıdır. Bunun ictimai nəzarətə heç bir aidiyyəti yoxdur. Burada söhbət yoxlamalardan gedir. Hüquqi şəxslərə verilmiş səlahiyyətlər çərçivəsində hansısa bir qurum üzərində funksional fəaliyyətin məhdudlaşdırılmasından söhbət getmir. Bu, yalnız prosesi özbaşına həyata keçirənlərə aiddir. İctimai nəzarətə də mane olacaq addım nəzərdə tutulmur. Ona görə də normal bir qanun layihəsidir. Yalnız özbaşına, başqasına aid olan səlahiyyəti yerinə yetirənlərə aiddir. Buna yol verənlər məsuliyyət daşıyacaqlar”.    

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR