İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavatçılar 10 il sonra yenidən "İsa bəy" dedilər - neçə nəfər səs verdi? - VİDEO FOTO

1794 04.05.2024 17:07 Siyasət A A

2014-cü ildə Müsavat Partiyasının başqanlığından gedən İsa Qəmbər yenidən başqan postuna seçilib.

Musavat.com bildirir ki, bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib. Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib. Seçkidə 278 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 275 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.

Beləliklə, başqan postuna yeganə namizəd olan İsa Qəmbər yenidən partiya başqanı seçilib.

Xatırıqdaq ki, 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci ilin mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə Müsavat Partiyasının başqanı seçilib.

Xalidə Gəray
Musavat.com

KALİDE.jpeg (111 KB)

Xalidə Gəray Müsavat Partiyasına yenidən başqan seçilən İsa Qəmbərlə

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR