İnsanlara hürriyət, millətlərə istiqlal!

İşsiz və işaxtaranlara SEVİNDİRİCİ XƏBƏR - İyulun 1-dək...

1031 10.05.2024 16:11 Sosial A A

Azərbaycanda işsiz və işaxtaran şəxslərə yönəlik yeni qanun layihələri hazırlanacaq.

Musavat.com report-a istinadən xəbər verir ki, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək İşsiz və işaxtaran şəxslərə yönəlik məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, o cümlədən bu sahədə mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni mexanizmlərin tətbiqini nəzərdə tutan qanunvericilik layihələrini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR