İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədən Rusiya ilə bağlı MÜHÜM QƏRAR

741 23.04.2024 15:33 Siyasət A A

İsveçrə hökuməti 2023-cü ildə Aİ-nin bir sıra şəxslərə qarşı sanksiyalarının ləğvi, habelə bəzi vəsaitlərin mənşəyini aydınlaşdırdıqdan sonra 290 milyon İsveçrə frankı (təxminən 318 milyon dollar) məbləğində Rusiya ilə əlaqəli aktivləri blokdan çıxarıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin bəyanatında deyilir.

"Əvvəllər ehtiyat tədbirləri ilə dondurulmuş 140 milyon İsveçrə frankı (təxminən 153 milyon dollar) dəyərində aktivlər sərbəst buraxılıb, çünki araşdırma onların dondurulmasında hüquqi əsaslara əməl olunmadığını göstərib", - deyə məlumatda bildirilib.

Bundan əlavə, Rusiyanın bloklanmış aktivlərinin ümumi məbləği konfederasiyanın hədəf aldığı bir sıra şəxslərin Aİ-nin sanksiya siyahılarından çıxarılması səbəbindən 150 milyon İsveçrə frankı (təxminən 165 milyon dollar) azalıb.

Qeyd olunub ki, 2023-cü ildə İsveçrə Rusiya ilə əlaqəli olduğu iddia edilən 50 milyon frank (təxminən 55 milyon dollar) məbləğində vəsaiti əlavə olaraq bloklayıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR