İnsanlara hürriyət, millətlərə istiqlal!

Keşişin aksiyası İFŞA edildi - Elə fotolar paylaşıldı ki... - FOTOLAR, VİDEO

1846 10.05.2024 14:19 Gündəm A A

Ermənistandakı hökumət əleyhinə etiraz aksiyaları mediada təqdim edildiyi qədər genişmiqyaslı deyil.

Musavat.com xəbər verir ki, bu barədə Paşinyana yaxın olan KİV-lər məlumat yayıb.

Qeyd edilib ki, üstəlik mövcud vəziyyətdə Paşinyanın impiçment məsələsi də real deyil.

Ermənistan qanunlarına görə, impiçment prosesinin başlaması üçün qərar layihəsi təqdim etməyə deputatların 1/3-nin (36 deputat) imzası lazımdır.

Hazırda müxalifətin 35 deputatı var ki, buna görə də qərar layihəsinin nəinki qəbul edilməsi, hətta təqdim edilməsi üçün lazım olan 36 səsdən 1-i çatmır.

Qeyd edək ki, Ermənistan parlamentində hakim "Mülki Müqavilə" partiyasının 71 deputatı, Robert Köçəryanın “Ermənistan” bloku 29, Serj Sərkisyanın “Şərəfim var” bloku isə 6 deputat var. 1 deputat isə “Şərəfim var” blokundan istefa verib və müstəqil fəaliyyət göstərir.

İmpiçmenti üçün kifayət qədər səsi olmayan müxalifət isə hazırda bu problemi küçə təzyiqi ilə həll etməyə ümid edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR