İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə 198 özbək ziyalısı barədə QƏRAR VERDİ

482 07.05.2024 13:38 Dünya A A

Özbəkistanda 1930-1938-ci illərdə keçmiş Sovet İttifaqı dövründə rejim əleyhdarı olduqları səbəbi ilə həbsə atılan, sürgün və edam edilən 198 özbək ziyalısı məhkəmənin qərarı ilə bəraət alıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Ali Məhkəməsindən verilən açıqlamada bildirilib.

Qeyd edilib ki, paytaxt Daşkənd, Xarəzm, Buxara, Cızzax, Namanqan vilayətlərinin və Qaraqalpaqıstan bölgəsinin ziyalıları keçmiş sovet hökuməti tərəfindən rejimə qarşı çıxmaqda, milli mübarizədə iştirak etməkdə, silahlı dəstə yaratmaqda və xarici dövlətlərlə əməkdaşlıqda ittiham olunub.

Özbəkistan hökumətinin qərarı ilə 1920-1950-ci illər arasında keçmiş sovet rejimi tərəfindən müxtəlif cəzalara məhkum edilmiş şəxslərin bəraət alması ilə bağlı iş aparmaq üçün komissiya yaradılıb.

Məlumata görə, Özbəkistan Ali Məhkəməsi tərəfindən 2021-ci ilin avqust ayında keçirilən prosesdə 1920-1938-ci illər arasında həbs, sürgün və edam edilən 115, 2022-ci ilin yanvar ayında 120, dekabr ayında 173, 2023-cü ilin aprelində isə 208 özbək ziyalısına məhkəmənin qərarı ilə bəraət verilib.

Qeyd edək ki, keçmiş Sovet İttifaqı dövründə, yəni 1937-1953-cü illər arasında Özbəkistanda rejim əleyhinə olmaqda ittiham edilən təxminən 100 min insan müxtəlif cəzalara məhkum edilib, 13 min nəfər isə güllələnib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR