İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili kino ittifaqının üzvü oldu

896 18.11.2023 19:28 Mədəniyyət A A

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, millət vəkili, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvü Rafael Hüseynov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü seçilib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunub ki, Rafael Hüseynov 84 kitab, monoqrafiya və dərsliyin, 562 elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifi, 14 tammetrajlı sənədli-publisistik filmin ssenari müəllifi, 3500-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir.

Onun ssenarisi əsasında çəkilən televiziya filmləri arasında “Ocaq başı” (1990), “Məhsəti zirvəsi” (2013), “Söz məbədi. Nizaminin salamı” (2020), “Bakıxanovlar” (2020), “İşıqla yazılan tarix” (2020), “Hər evin qonağı” (2021) sənədli elmi-kütləvi filmləri var.

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR