İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir

1381 06.05.2024 10:10 Gündəm A A

Dünyanın ən varlı adamlarından biri, amerikalı milyarder Uorren Baffet süni intellektlə bağlı həyəcan təbili çalaraq, onun inkişafının fırıldaqçılığı artırdığını, fırıldaqları həmişəkindən daha inandırıcı etdiyini bildirib.

Bu barədə “Business Insider” yazıb.

Məşhur investor və “Berkshire” şirkətinin baş direktoru şənbə günü şirkətin səhmdarlarının illik yığıncağında deyib: "Fırıldaq həmişə Amerika həyatının bir hissəsi olub".

Baffetin sözlərinə görə, süni intellektdən istifadə edilməklə yaradılmış şəkillər və videolar o qədər inandırıcı olub ki, onların real olub-olmadığını müəyyən etmək demək olar ki, mümkün deyil.

"İnsanları aldatma imkanları haqqında düşünəndə... fırıldaqçılıqla maraqlansaydım, bu, bütün zamanların ən sürətlə inkişaf edən sənayesi olardı", - milyarder deyib.

Milyarder fırıldaqçının tanımadığı şəxslərdən nağd pul istəmək üçün istifadə etdiyi saxta videonu gördüyünü xatırladıb.

Buffet süni intellektin meydana gəlməsini atom bombasının yaradılması ilə də müqayisə edib:

“Nüvə silahı hazırlayanda cini şüşədən buraxdıq. Bu cin son vaxtlar bəzi dəhşətli işlər görür. Onun gücü məni qorxudur. Süni intellekt bir qədər oxşardır. Ola bilsin ki, biz bu cini heç vaxt görməməyi üstün tuturuq”.//Publika.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR