İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrantların öz ölkələrinə pul köçürmələrinin həcmi 24 ildə on dəfə artıb

400 07.05.2024 13:45 Dünya A A

Beynəlxalq pul köçürmələri 2000-2022-ci illər arasında 650% artaraq 831 milyard dollara çatıb. Bunun 647 milyard dolları miqrantlar tərəfindən aşağı və orta gəlirli ölkələrə göndərilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) dərc etdiyi 2024-cü il Dünya Miqrasiya Hesabatında bildirilir.

Hesabatda deyilir: “Miqrantların pul köçürmələri indi inkişaf etməkdə olan iqtisadiyyatlara birbaşa xarici investisiyaları üstələyir”.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, hazırda dünyada 281 milyon beynəlxalq miqrant var. Eyni zamanda, münaqişələr, təbii fəlakətlər və digər səbəblərdən yaşayış yerini dəyişənlərin sayı müasir tarixin ən yüksək səviyyəsinə yüksələrək, 117 milyon nəfərə çatıb.

Başqa sözlə, bir sıra kasıb ölkələrin əhalisinin mühüm hissəsi öz güzəranını xaricdən pul göndərən ailə üzvlərinin, qohumlarının hesabına təmin edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR