İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜTƏQƏLQƏL…

1173 05.05.2024 09:30 Yazarlar A A

Deyirəm, vaxt gəlir-vədə yetişir Ukrayna Krıma, Moldova Dnestryanına, Gürcüstan Abxaziyaya nəzarəti bərpa edir (inşallah) və… ABŞ-ın həmin ölkələrdəki səfirləri azad olunan ərazilərə getmək təklifini geri çevirir - nəymiş, əfəndim, məgər “MƏN HARASA KİMİNSƏ ŞOUSUNUN İŞTİRAKÇISI OLMAQ ÜÇÜN GETMƏK İSTƏMİRƏM”miş… - Bir ritorik sual verək: təsəvvür edirsizmi, belə olsun? - Əlbəttə, yox! - ABŞ səfirləri ən öndə gedəcək o yerlərə, ən öndə.

Hələ-hələ Ermənistan Azərbaycanın ərazisini deyil, Azərbaycan Ermənistanın (şərti) ərazisini illər boyu işğalda saxlamış olsaydı və sonra o işğal bir şəkildə başa çatmış olsaydı, ABŞ necə davranardı?.. - Öncəsi, işğala görə bizə sanksiya sanksiya üstünə gələrdi və işğalsonrası Ermənistana “ll Marşall planı” tətbiq edib, onu bu coğrafiyanın “bir numarası” yapardılar…

Bax, ABŞ belənçik ABŞ-dır. İndi neynək, durub dinimizimi dəyişək?..

Bəli, okeanın o tayında ikilistandartlar bitmək bilmir ki, bilmir… 32 il öncə işğalçı Ermənistan dura-dura, işğala məruz qalmış Azərbaycana sanksiya tətbiq edən (yenə də sanksiyalardan dəm vuran) ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşaya getməkdən imtinasını şou-mou “əsas”nda “izah edib”… - “…Mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”... Səfirə deyən lazım: “Vaxtı” çoxdan gəlib keçib, özü də laaap çoxdan…

Və ABŞ səfirinin Şuşaya getməsi bizimçün nəinki şou üçün, ümumiyyətlə, vacib deyil. Gedir-getsin, getmir-getməsin… Amma yadında saxlasın. - Həyatdır, örkən gəlib doğanaqdan keçər bir gün.

Bir gün o, özü “haqq incələr, üzülməz”miş deyər…

ƏvəlAllah!

Ermənistanda qeyri-adi dərəcədə böyük səfirlik qurmuş ABŞ-ın ordakı səfiri o “kadstrsız dövlət”in hər yerinə gedə, burdakı səfiri Şuşaya getməyə bilər; lakin hamı ABŞ kimi düşünmür; həmin o Ermənistanın KTMT ortağı olan ölkələrin -
Qazaxıstanın, Qırğızıstanın, habelə

Özbəkistanın, NATO-nun qüdrətli üzvü Türkiyənin nəinki səfirləri, Prezidentləri (çox sağ olsunlar!) Şuşaya gedib. Azərbaycan və Türkiyə Prezidentləri hələ 2021-ci ildə unikal “Şuşa Bəyannaməsi”ni imzalayıb!

Şuşaya gedən səfirlərin, digər xarici rəsmi şəxslərin, ictimai-siyasi, dövlət xadimlərinin, mədəniyyət, sənət, elm xadimlərinin sayı-hesabı yoxdur… Bir səfir, lap Fransa da böyründə - olsun iki səfir - bundan sonra heç Bakıdan və iqamətgahlarından qırağa çıxmasın - dünyamı dağılacaq?.. O ikisi (Rusiya ilə birgə) illər uzunu ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olaraq, erməniləri işğalı davam etdirməyə (möhkəmləndirməyə), bizi isə tormozlamağa çalışdı da, biz bununla barışdıqmı? Əlbəttə, barışmadıq. “Qarabağ - Ermənistandır və nöqtə” deyən, Şuşada şərab içib, “Yallı” “gedən” Paşinyan artıq etiraf edib: “Qarabağ - Azərbaycandır”. Böyük bacısından (böyük bacı-qardaş olmaq istəyən və ya “böyüklüy”ü inersiya ilə davam etdirənlərdən) fərqli olaraq, o, Barış Anlaşmasına indi daha yaxındır - uzaqların bədniyyətli etkisini dəf edə bilsə, yaxınların qədrini, dəyərini tam idrak edər, bəlkə… Qazax səmtdəki 35 sərhəd dirəyi, uzaqdakı 3-5 arapozandan daha çox lazımdır Paşinyana… Özü bilər…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR