İnsanlara hürriyət, millətlərə istiqlal!

Nargin adasını Bakının ulduzuna çevirmək olar - Sabir Rüstəmxanlı

614 07.05.2024 13:54 Ölkə A A

Milli Məclisin iclasında “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Musavat.com-un xəbərinə görə, deputat Sabir Rüstəmxanlı çıxışında bildirib ki, süni adadan əvvəl normal adaları abadlaşdırmaq lazımdır:

“Süni adalar məsələsi ciddi məsələdir, bir sıra Yaxın Şərq ölkələrində bunun nümunələri var”.

Deputat qeyd edib ki, Xəzər dənizində Allahın yaratdığı adalar var:

“Böyük Zirə, Nargin adası. Nargin adasını Bakının ulduzuna çevirmək, oradakı acı xatirəni unutdurmaq olar. Orada saxlanılan əsirlərin xatirəsi əbədiləşdirilə bilər. Süni adadan əvvəl təbii adaları abadlaşdırmaq lazımdır. Süni ada yaradılacağına təbii adalar abadlaşdırılsın, orada yaşayış salınsın”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR