İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyanın müttəfiqləri türklər və azərbaycanlılardır”

1005 30.04.2024 16:33 Son xəbər A A

“Ermənistanda mövcud hakimiyyətin müttəfiqləri türklər və azərbaycanlılar, müxalifətinki isə ruslardır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyasına dair bəyanat layihəsinin iclasın gündəliyinə daxil edilməsi məsələsinin müzakirəsi zamanı “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan danışıb.

Minasyanın fikrincə, döyüşlər yenidən başlasa, müxalifətin müttəfiqləri kömək etməyəcək.

Onun sözlərinə görə, Azərbaycan güc hüququnu legitimləşdirə bilər.

“Sizin “müttəfiqləriniz” öz öhdəliklərini yerinə yetirməyəcək. Nəticədə artıq dəfələrlə baş verənlər olacaq”, - deyə Artsvik Minasyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR