İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Paşinyanla görüşəcək - TARİX AÇIQLANDI

1191 06.05.2024 18:11 Siyasət A A

Rusiya prezidenti Vladimir Putin mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

“İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirir. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, - Kreml nümayəndəsi bildirib.

Uşakov qeyd edib ki, ikitərəfli təmas çoxməzmunlu olacaq, müzakirə olunacaq çoxlu məsələlər var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR