İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı

439 09.05.2024 08:56 Kriminal A A

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən rayonun Kosalar kənd sakini Əli Nəsibov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Ə. Nəsibovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə dibçəklərdə yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR