İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılca sönür, buna sevinmək lazımdır, amma...

702 26.03.2024 10:49 Səhiyyə A A

"Qızılca sönür, buna sevinmək lazımdır. Amma uşaqları mütləq peyvənd etdirin ki, bu halı təkrar yaşamayaq".

Musavat.com xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev sosial şəbəkə hesabında qeyd edib.

VAQİF.jpg (31 KB)

Bununla belə, pediatr göyöskürək xəstəliyinin hələ davam etdiyini bildirib:

"Bu da peyvəndsizliyin bəlasıdır. Xoşagəlməz ağırlaşmaları var. Təhlükədən sığortalanmaq üçün uşaqlara peyvənd etdirin. Skarlatina var, su çiçəyi də var, bunlar idarə olunan infeksiyalardır. Yetər ki, vaxtında həkimə müraciət edilsin".

Vaqif Qarayev valideynlərə müraciət edərək mövsümi virusların da davam etdiyini, havanın dəyişkənliyini nəzərə alaraq uşaqları qorumağı tövsiyə edib.

Xatırladaq ki, ötən ilin sonlarından başlayaraq qızılcaya kütləvi yoluxma halları müşahidə edilir. 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir.

Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının əsasən qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2022-ci ildə qızılcaya yoluxma sadəcə 1 nəfərdə qeydə alınıbsa, 2023-cü ilin yanvar-noyabr ayları arasında bu say 1493-ə çatıb. Qızılcaya yoluxan 10-dan artıq uşaq vəfat edib. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR