İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal neft bazarında çatışmazlıq var - SƏBƏB

494 07.05.2024 20:11 İqtisadiyyat A A

Qlobal neft bazarı hazırda defisit vəziyyətindədir və dünyanın ən böyük iqtisadiyyatlarının böyüməsi fonunda neftə tələbat artmağa davam edəcək.

Musavat.com xəbər verir ki, bu fikri Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin maliyyə direktoru Ziyad əl-Mürşəd investorlarla telekörpü zamanı deyib.

Top menecer qeyd edib ki, məsələn, S&P Global son proqnozunda bu il neftə tələbatın sutkada 1,7 milyon barel artacağını gözləyir. Bundan əlavə, OPEC-ə daxil olmayan bəzi ölkələrin tədarükünün artmasına baxmayaraq, kommersiya neft ehtiyatları son beş ilin ən aşağı səviyyəsinə düşüb:“Biz həmçinin 2024-cü ildə reaktiv mühərrik yanacağına tələbin artmaqda davam etdiyini və 2023-cü ildəki gündəlik 7,2 milyon barelə qarşı 7,5 milyon barelə çatdığını görürük. Ümumiyyətlə, tələb və təklif münasibətlərinə nəzər salsaq, sıx bir bazara baxırıq".

Əl-Mürşəd əlavə edib ki, qlobal iqtisadiyyat birinci rübdə dayanıqlılığını nümayiş etdirib, neftə tələbat artımı 2 faiz və ya 1,9 milyon barel səviyyəsində “sağlam” olaraq qalıb. Onun fikrincə, ABŞ, Çin və Hindistanda iqtisadi artım neftə tələbatın artımının ciddi lokomotivinə çevrilir.

“Saudi Aramco”nun maliyyə direktoru 2024-cü ilin birinci rübündə Çində neftə tələbat artımının illik müqayisədə 600 min barel, Hindistanda isə 200 min barel təşkil etdiyi məlumatlara istinad edərək, "tələbin artmağa davam edəcəyini gözləyirik" deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR