İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbdaoğlunun ayağından elektron qandal çıxarıldı

1259 21.05.2024 13:06 Ölkə A A

Qubad İbadoğlunun cinayət işi üzrə istintaq müddəti avqustun 20-nə qədər uzadılıb.

Bu barədə onun qardaşı Qalib Toğrul məlumat verib.

Məlumata görə, həbs qətimkan tədbiri olmadığı üçün istintaq müddətinin uzadılması barədə qərarı istintaq orqanı özü verə bilər.

Qardaşı qeyd edib ki, Q.İbadoğlunun ayağına vurulmuş elektron qolbaq çıxarılıb.

Onun sözlərinə görə, qətimkan tədbirin dəyişdirilməsi nəticəsində Q.İbadoğlunun ayağına vurulmuş elektron qolbaq mayın 20-də çıxarılıb: "Elektron qolbaq olduğuna görə, qardaşım müayinələrdən keçə bilmirdi. Bu həftədən başlyaraq, polisin nəzarəti altında olmaqla müayinələrdən keçməsini planlaşdırırıq".

Amma Qalib Toğrulun bu dediklərini, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Q.İbadoğlu ötən il iyulun 23-də həbs olunub.

O, irəli sürülən bütün ittihamları saxta adlandırıb.

Bu ilin aprelin 22-də onun barəsində seçilmiş həbs qətiman tədbiri ev dustaqlığı ilə əvəz olunub. O, dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR