İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus dissident Vladimir Kara-Murza Pulitser mükafatına layiq görülüb

415 07.05.2024 11:35 Dünya A A

Rusiyada “xarici agent” kimi tanınan Vladimir Kara-Murza Pulitser mükafatına layiq görülüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dövlətə xəyanət ittihamı ilə cəzasını sərt rejimli cəza müəssisinə çəkməklə 25 illik həbsə məhkum edilmiş jurnalist “The Washington Post” üçün yazdığı köşə yazılarına görə laureat olub.

“2022-ci ilin aprelindən həbsdə olmasına baxmayaraq, Kara-Murza köşə yazarı rolundan istifadə etməkdə davam edir”, – nəşr qeyd edib.

Sentyabrda o, “Vodnik” istintaq təcridxanasından Omsk koloniyasına köçürülüb.

Qeyd edək ki, V.Kara-Murza Rusiya müxalifətinin lideri, bir neçə ay öncə həbsxanada vəfat etmiş Aleksey Navalnı ilə yaxın dostluq münasibətlərində idi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR