İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya səfiri Britaniya XİN-ə ÇAĞIRILDI

408 08.05.2024 18:34 Siyasət A A

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə informaisya sözü gedən qurumun saytında yerləşdirilib.

Rəsmi açıqlamada bildirilib ki, bu addım Rusiyanın pozuculuq fəaliyyətinə qarşı hazrılanan tədbirlər planının tərkib hissəsidir.

Plana həmçinin bu ölkənin hərbi attaşesinin, eləcə də kəşfiyyat orqanının əməkdaşının deportasiyası, Rusiya səfirliyinin krallıq ərazisindəki daşınmaz əmlakı üzərindən diplomatik statusun götürülməsi, Rusiya diplomatlarına vizaların verilməsinə qadağa və onların krallıq hüdudları daxilində qalma müddətinin məhdudlaşdırılması və digər addımlar daxildir.

Qeyd edilib ki, iki il ərzində krallıqda Rusiyanın xeyirinə casusluq edən 10 nəfərə yaxın əcnəbi vətəndaş ölkədən çıxarılıb. Onların arasında Bolqarıstan vətəndaşları da var.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR