İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhər saatlarında Bakıda ağır qəza: 3 nəfər xəstəxanaya çatdırıldı - VİDEO

673 07.05.2024 10:35 Hadisə A A

Bu gün səhər saatlarında Kənar Dairəvi yolun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində ağır qəza baş verib.

Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Hadisə zamanı “Shagman” markalı yük maşını ilə “Hyundai” markalı avtomobil toqquşub. Qəzada minik avtomobilində olan iki nəfər və yük maşınının sürücüsü ağır yaralanıblar. Hər üç nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza yerinə Dövlət Yol Patrul Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR