İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi ilə AQTA əhali arasında maarifləndirmə tədbirləri keçirir - Nazir

445 05.04.2024 11:55 Səhiyyə A A

“Qida təhlükəsizliyi sisteminin effektivliyi bütün maraqlı tərəflərin ehtiyaclarına yönəlik vahid missiyanın mövcudluğundan başlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” arasında vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdən biri olaraq qarşıya qoyulub”.

Musavat.com xəbər verir ki, bu fikirləri “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə səhiyyə naziri Teymur Musayev səsləndirib.

Onu sözlərinə görə, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib. Səhiyyə Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi əhali arasında müxtəlif maarifləndirmə tədbirləri keçirir, xüsusən də məktəblilər üçün düzgün qidalanmanın təşviqinə dair birgə tədbirlər icra olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR