İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişin təyyarəsi Bakı hava limanına təcili eniş etdi

2482 10.05.2024 00:51 Son xəbər A A

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Musavat.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR